Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsə münasibət bildirib

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb

BAKI, 13 iyul — Sputnik. Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti rəhbərinin müavini Sara Sanders bildirib.

“Düşünürəm ki, bu tamamilə gülünc təklif siyasi oyunbazlığın uğursuz təzahürüdür” — deyə S.Sanders vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.

Xəbər lenti
0