Tramp, arxiv şəkli

Tramp Mosuldakı qələbəyə münasibət bildirdi

14
(Yenilənib 15:54 11.07.2017)
Tramp: "Terrorçuların İraq və Suriyada sayılı günləri qalıb"

BAKI, 11 iyul — Sputnik. "Mosulda İraq ordusunun əldə etdiyi zəfər göstərir ki, İŞİD terrorçularının sayılı günləri qalıb". Sputnik Azərbaycan "News24"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.

"Mən İraq ordusunu təbrik edirəm. İŞİD-in vaxtilə öz qondarma xilafətini elan etdiyi şəhərdə əldə edilən qələbə sübut edir ki, terrorçuların İraq və Suriyada sayılı günləri qalıb. Biz İŞİD-in tam məhv olması üçün var gücümüzlə çalışacağıq" — prezident bildirib.

14
Teqlər:
İŞİD, Donald Tramp, Mosul, Suriya, İraq, ABŞ
Əlaqədar
İŞİD təsdiqlədi: Əl-Bağdadi öldürülüb
İŞİD-ə qarşı böyük zəfər: baş nazir qələbəni elan etdi
Mosul İŞİD-dən tam təmizləndi
İŞİD Donald Trampı hədələyib
İŞİD-dən daha bir qadağa gəldi