Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi

Türkiyəli nazirin Avstriyaya girişinə qadağa qoyuldu

38
(Yenilənib 16:06 10.07.2017)
Keçən həftə Hollandiya hökuməti Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin 15 iyul anım tədbirlərində iştirak etmək üçün ölkəyə girişinə qadağa qoymuşdu

BAKI, 10 iyul — Sputnik. Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəyə girişinə qadağa qoyub. Sputnik Türkiyə xəbər verir ki, nazir dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Avstriyaya getmək istəyib, ancaq qarşı tərəf Nihat Zeybekçini arzuolunmaz şəxs siyahısına salıb.

Avstriya hökumətinin fikrincə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilər.

Xatırladaq ki, keçən həftə Hollandiya hökuməti Türkiyə baş nazirinin müavini Toğrul Türkeşin 15 iyul anım tədbirlərində iştirak etmək üçün ölkəyə girişinə qadağa qoymuşdu.

38
Teqlər:
Nihat Zeybekçi, Toğrul Türkeş, Avstriya, Hollandiya, Türkiyə
Əlaqədar
Almanlar Türkiyədən qovuldular
Azərbaycan prezidenti Türkiyəyə səfər edib
Almaniya və Türkiyə arasında ixtilaf böyüyür
Türkiyə Qətərdən sonra bu ölkədə də hərbi baza qurdu
Türkiyədə məşhurlaşan tələbələrimiz görüş keçirdilər