Almanlar Türkiyədən qovuldular

© AFP 2023İncirlik aviabazası
İncirlik aviabazası - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya hərbçilərinin və texnikasının Türkiyədən tam çıxarılması oktyabra kimi başa çatmalıdır

BAKI, 10 iyul — Sputnik. Almaniya Türkiyənin “İncirlik” aviabazasındakı təyyarələrinin və hərbçilərini çıxarmağa bağlayıb. Sputnik Azərbaycan-ın “Spiegel Online”yə istinadən məlumatına görə, hərbi qüvvələr İordaniyaya köçürülür.

Türkiyəni ilk olaraq yanacaqdaşıyan təyyarələr və onlara qulluq edən 20-dək əsgər və zabit tərk edib. Onların ardınca İordaniyaya “Tornado” kəşfiyyat təyyarələri köçürüləcək.

Ümumilikdə, “İncirlik”də 260 alman hərbçisi, xüsusi optika ilə təchiz edilmiş 6 “Tornado” və “uçan tanker” yerləşirdi. Bu qüvvələr İŞİD-in Suriya və İraqdakı mövqelərinə zərbələr endirirdi.

Almaniya hərbçilərinin və texnikasının Türkiyədən tam çıxarılması oktyabra kimi başa çatmalıdır.

Xəbər lenti
0