İraq əsgərləri Mosulda

İŞİD-ə qarşı böyük zəfər: baş nazir qələbəni elan etdi

1623
Baş nazir Mosul şəhərinə səfər edərək İraq əsgərlərini İŞİD üzərində qələbə münasibətilə təbrik edib

BAKI, 9 iyul — Sputnik. İraq baş naziri Heydər əl İbadi Mosulda İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatın qələbə ilə başa çatdığını elan edib. 

Baş nazir Mosul şəhərinə səfər edərək İraq əsgərlərini İŞİD üzərində qələbə münasibətilə təbrik edib. 

Mosul 2014-cü ilin iyununda İŞİD tərəfındən ələ keçirilmişdi. İŞİD lideri əl Bağdadi məhz bu şəhərdə öz xəlifəliyini elan edib. 2016-cı ilin oktyabrından şəhərin İŞİD-dən geri alınması üçün əməliyyatlar həyata keçirilir. 

1623
Çernobılda binalar, arxiv şəkli

Çernobılda böyük təhlükə nüvə reaksiyaları yenidən başladı

34
Mütəxəssisin sözlərinə görə, reaktorun dərinliyindəki qapalı hissədə daim artan neytron axını orada yenidən nüvə parçalanması prosesinin getdiyini göstərir.

 

BAKI, 9 may — Sputnik. 1986-cı ildə baş vermiş qəza nəticəsində minlərlə insanın ölümünə səbəb olan Çernobıl Atom Stansiyasında illər sonra gözlənilməz problem yaranıb. Mütəxəssislər yeni qəza riski ilə bağlı xəbərdarlıq ediblər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla yaydığı məlumata görə, stansiyanın qəzanın baş verdiyi 4 saylı reaktorunun dağıntılarından çıxan radioaktiv maddələrin ətrafa yayılmaması üçün çəkilən beton sipərin içində yenidən nüvə reaksiyalarının getdiyi müəyyənləşib.

"Sheffield" Universitetinin nüvə materialları üzrə kimyaçısı Neil Hyatt bildirib ki, partlayış baş verdiyi yerdə "manqaldakı közlər kimi" yanğın başlayıb.

Mütəxəssisin sözlərinə görə, reaktorun dərinliyindəki qapalı hissədə daim artan neytron axını orada yenidən nüvə parçalanması prosesinin getdiyini göstərir.

Radioaktiv çirklənməyə nəzarət etməyə çalışan alimlər üçün ən vacib problemlərdən biri də yağış suyudur. Şiddətli fırtınalar zamanı su beton sipərin içinə daxil olaraq radioaktiv maddələrin yeraltı sulara qarışmasına səbəb olur.

Hələlik bu problemin aradan qaldırılması ilə bağlı hər hansı bir plan mövcud deyil. Ən pisi isə odur ki, alimlər nüvə reaksiyasının hansı səbəbdən yenidən başladığını izah edə bilmirlər.

Hyatt bildirib ki, reaksiyaların aktivləşməsinin səbəbi bəlli olmadığından, bunun qarşısını almaq üçün hansı mexanizmi tətbiq etmək lazım gəldiyini də bilmirlər.

Qeyd edək ki, 1986-cı ilin aprel ayında Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. Stansiyanın 4 saylı enerji blokunun RBMK-1000 reaktorunun partlaması nəticəsində ətrafa çoxlu miqdarda radioaktiv maddə atılıb. Çernobıl hadisəsi tarixin ən böyük texnogen qəzası hesab olunur. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan ölüb. İllər ötdükcə bu rəqəm 100 mini keçib.

34
Fillər, arxiv şəkli

Nyu-York məhkəməsi filin müraciətinə baxacaq

11
Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.

Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.

Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.

"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.

11

Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

0
(Yenilənib 12:02 10.05.2021)
Kamran Əliyev qeyd edib ki, konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib.

BAKI, 10 may - Sputnik. Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, "Report"un sualını cavablandırarkən deyib ki, Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur", - K.Əliyev vurğulayıb.

0
Teqlər:
Kamran Əliyev, Baş prokuror, cinayət işi, cinayət, hərbi hissə, Tərtər