Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezidentlər münaqişənin həllini müzakirə etdilər

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidHamburqda Ərdoğan-Putin görüşü
Hamburqda Ərdoğan-Putin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Liderlər iki ölkə münasibətlərinin bundan sonra da inkişaf edəcəyini vurğulayıblar

BAKI, 8 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə, türkiyəli həmkarı Ərdoğan arasında Hamburqdakı "Messe" oteldə keçirilən görüş başa çatıb. Sputnik Türkiyə xəbər verir ki, təxminən 1 saat davam edən görüşdən sonra liderlər mətbuata birgə açıqlama veriblər.

Putin, Suriyada atəşkəsin təmin olunmasında Ərdoğanın roluna işarə edərək, "bu, böyük ölçüdə sizin sayənizdə mümkün oldu cənab prezident. Sizin qətiyyətli duruşunuz nəticəsində, Suriyada həll prosesi sürətləndi", deyib.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan, Vladimir Putinə Suriya, o cümlədən regional məsələlərdə ortaya qoyduğu iradəyə görə təşəkkürünü bildirib.

Liderlər iki ölkə münasibətlərinin bundan sonra da inkişaf edəcəyini vurğulayıblar.

Xəbər lenti
0