Venesuelanın paytaxtı Karakasda ixtişaşlar, arxiv şəkli

Prezidentin tərəfdarları müxalifətçilərə hücum ediblər: yaralılar var

1035
(Yenilənib 14:28 06.07.2017)
Paytaxtda baş verən hadisədə qan su yerinə axıb

BAKI, 6 iyul — Sputnik. Venesuelada aylardır davam edən iqtidar-müxalifət qarşıdurması pik həddə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Karakasda müxalifətin nəzarətindəki parlament, anidən prezident Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.

Hadisə zamanı 7 millət vəkilinin yaralandığı bildirilir. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Venesuelada aprel ayının 4-dən etibarən kütləvi aksiyalar davam edir. Etirazçılar prezident Maduronun istefasını tələb edirlər. İndiyədək 88 nümayişçinin polislə toqquşmalar zamanı həyatını itirdiyi qeyd olunur.

1035
Teqlər:
prezident Nikolas Maduro, Karakas, Venesuela, iqtidar, parlament, müxalifət, paytaxt
Əlaqədar
Natiq Cəfərli: Venesuelada gedən proseslər neftin qiyməti ilə bağlıdır
Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb
Etirazçı tələbələrdən son xəbər
İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma yaşanıb
Terrorçuların qarşıdurmasında ABŞ əsgərləri həlak oldular