Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Türk ordusunun Qətərdən çıxarılması şərti açıqlandı

553
(Yenilənib 13:07 06.07.2017)
Türkiyə prezidenti: "Bizə deyirlər ki, o silahlar daha sonra geri alınacaq, amma bizim buna inanmağımız qeyri-mümkündür"

BAKI, 6 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "France 24" telekanalına qlobal və regional məsələlər haqda müsahibə verib. Prezident, Qətər böhranı başda olmaqla, iyulun 7-də Almaniyada keçiriləcək "Böyük İyirmilik" (G20) zirvəsi və ABŞ-ın terrorçu PYD-yə silah verməsini dəyərləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki bəzi ərəb ölkələrinin Qətərdən türk hərbi bazasını bağlamasını tələb etməsini şərh edən Ərdoğan, bunun qəbuledilməz olduğunu vurğulayıb: "Bu, Qətərə açıq-aşkar "mən səni müstəqil dövlət olaraq tanımıram" deməkdir. Bu isə beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Biz oradakı hərbi bazamızı, ancaq Qətər dövləti istəsə, bağlaya bilərik".

Türkiyə prezidenti ABŞ rəhbərliyinin PYD terrorçularına silah verməsini isə tarixi səhv adlandırıb: "Bizə deyirlər ki, o silahlar daha sonra PYD-dən alınacaq. Bizim buna inanmağımız qeyri-mümkündür. Vaşinqton tarixi səhvə yol verir, ancaq fərqində deyil".

Ərdoğan 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək "G20" zirvəsində Rusiya prezidenti Vladimir Putinlə Suriyadakı təhlükəsizlik məsələlərini müzakirə edəcəklərini də bildirib.

553
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı, Qətər, Almaniya, ABŞ
Əlaqədar
Qətər böhranı pik həddə çatdı
ABŞ: Qətərin 4 ərəb ölkəsinin tələblərini qarşılaması çətindir
Qətərin son addımı müharibəyə səbəb ola bilər
“Qətər ətrafında baş verən hadisələrdə əsas hədəf Türkiyədir”
ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi
Bir ərəb ölkəsi digərindən Qətərə görə izahat istəyəcək