ABŞ türklərə qarşı qadağanı ləğv edib

© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə vətəndaşlarına tətbiq edilən qadağa aradan qaldırıldı

BAKI, 5 iyul — Sputnik. ABŞ Türkiyə vətəndaşlarına tətbiq etdiyi, təyyarələrdə elektron cihaz daşıma qadağasını ləğv edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Xəbərə görə, qadağa bu gündən etibarən aradan qaldırılıb. Xatırladaq ki, İngiltərə və ABŞ bir neçə ay əvvəl müsəlman ölkələr, o cümlədən Türkiyədən qalxan təyyarələrdə sərnişinlərin özləri ilə planşet götürməsini qadağan etmişdi.

Xəbər lenti
0