Afrin, arxiv şəkli

Türkiyəyə qarşı təhlükəli anlaşma

160
(Yenilənib 13:19 04.07.2017)
Bu addıma səbəb, türk ordusunun Afrini müntəzəm olaraq bombalaması və bölgəyə yönəlik hərbi əməliyyat hazırlığı aparmasıdır

BAKI, 4 iyul — Sputnik. PKK terror təşkilatının Suriya qolu PYD, nəzarətindəki Afrin bölgəsini Əsəd rejiminə təslim etməyə hazırlaşır. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, artıq bununla bağlı gizli danışıqlar aparılır.

İddiaya görə, PYD-ni bu addımı atmağa vadar edən səbəb, türk ordusunun Afrini müntəzəm olaraq bombalaması və bölgəyə yönəlik hərbi əməliyyat hazırlığı aparmasıdır.

Qeyd edək ki, PYD bundan əvvəl də türk ordusunun mümkün əməliyyatından qorxaraq, nəzarət elədiyi Tel Cıbbin, Tel Hardanteyn, Maarasta El-Han və Mayer başda olmaq üzrə bir çox bölgəni Əsəd rejiminə təslim etmişdi.

160
Teqlər:
Afrin bölgəsi, türk ordusu, PYD, PKK terror təşkilatı, Əsəd rejimi, Suriya
Əlaqədar
PKK-dan Amerikaya çağırış: türkləri durdurun
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var
"PKK-çıları döyün" əmrini Ərdoğan özü verib
Prezidentlərə çağırış: "Biriniz Əsəd mövzusunu bağlayın, digəriniz PKK"
PKK rəhbərliyində kütləvi istefa
PKK-nın hücumunda 2 əsgər şəhid olub
Avropa PKK-ya yaratdığı şəraiti türk rəsmilərə yaratmır, çünki...
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0