ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

MKİ yadplanetlilərin bizim planetə niyə gəldiyini açıqladı

1836
(Yenilənib 16:57 03.07.2017)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri naməlum uçan obyektlərin (UNO) niyə Yerə uçduqlarına aydınlıq gətiriblər

BAKI, 3 iyul — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri naməlum uçan obyektlərin (UNO) niyə Yerə uçduqlarına aydınlıq gətiriblər. Sən demə, yadplanetlilər bizim planetə ona görə gəlirlər ki, Yerdəki faydalı mineralları öyrənsinlər.

Bu bəyanat əvvəllər girişi qadağan edilmiş, yalnız hərbçilər və alimlərin istifadəsi üçün icazə verilmiş sənədlərin araşdırılmasından sonra verilib. O sənədlərdə söhbət UNO-ların mövcudluğundan gedir.

Məlum olub ki, layihələrdən birinin şifrələrini açmaq üçün mütəxəssislər hətta parapsixologiyanı detallı şəkildə öyrənməyə məcbur olublar. Çünki bu, nəinki digər ölkələrdəki casusluq fəaliyyəti ilə bağlı bilgilərin, eləcə də, UNO-larla bağlı məxfi saxlanılan məlumatların da öyrənilməsi üçün olduqca zəruridir.

Bundan əlavə, MKİ agentləri 20 il əvvəlki, Şimali Koreya və SSRİ-nin tədqiq etdiyi UNO fenomeninə dair məxfi məlumatları da incələyiblər.

Rusiyalı ufoloq Boris Şurinov MKİ agentlərinin açıqlaması ilə bağlı deyib ki, UNO-ları təkcə minerallar deyil, Yer kürəsi ilə bağlı çox şey maraqlandırır.

"Yerdənkənar sivilizasiyanı bizim hərbi poliqonlarımız və texnoloji təkamülün inkişaf səviyyəsi maraqlandırır. Onlar bizi və bizim yaşayış sahəmizi öyrənməyə cəhd edirlər. Onların texnologiyaları bizdən bir neçə min il irəlidədir. Bu hesabla, Yer kürəsi onlar üçün "uşaq bağçası" kimi bir yerdir" — deyə ufoloq Boris Şurinov bildirib.

1836
Teqlər:
casusluq fəaliyyəti, UNO fenomeni, ufoloq, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Boris Şurinov, SSRİ, Şimali Koreya
Əlaqədar
Azərbaycanda görünməmiş hadisə: "17 yaşlı oğlanı yadplanetlilər apardı"
Yadplanetliləri niyə görə bilmədiyimizin səbəbi bəlli oldu
Antarktidada yadplanetlilərin kosmik gəmisi tapıldı
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
Valeri Jiskar d'Esten

Fransanın keçmiş prezidenti koronavirusdan öldü

6
(Yenilənib 11:05 03.12.2020)
Valeri Jiskar d'Estenin adını daşıyan fonddan verilən məlumata görə, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

BAKI, 3 dekabr — Sputnik. Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın "Europe 1" kanalına istinadən yaydığı məlumata görə, onun adını daşıyan fonddan keçmiş prezidentin koronavirusdan öldüyü bildirilib. O da qeyd olunub ki, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Siyasətçinin ölümü ilə əlaqədar həm Fransanın indiki prezidenti Emmanuel Makron, həm də əvvəllər bu ölkəyə rəhbərlik etmiş şəxslər - Nikolya Sarkozi və Fransua Olland başsağlığı veriblər.

Qeyd edək ki, noyabr ayının ortalarında Jiskar d'Esten Fransanın qərbindəki Luar et Şer departamentindəki iqamətgahından xəstəxanaya yerləşdirilmiş, noyabrın 20-də isə evə buraxılmışdı.

Bundan əvvəl keçmiş prezident ağciyər infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra həkimlər onda COVID-19 virusu aşkar etmişdilər.

Valeri Jiskar d'Esten 1926-cı ildə məmur ailəsində anadan olub. O, Ali Politexnik Məktəbi və Milli İdarəetmə Məktəbini bitirib. Şarl de Qoll və Jorj Pompidunun prezidentliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb, Fransız Demokratiyası Uğrunda İttifaq partiyasının lideri olub.

1974-cü ildə Pompidunun ölümündən sonra Jiskar d'Esten prezident seçkilərində qalib gəlib. Onun hakimiyyəti dövründə Fransa Şarl de Qollun xarici siyasətindən imtina edərək NATO strukturlarına qayıtmağa başlayıb. Eyni zamanda, siyasətçi Sovet İttifaqı ilə əlaqələri gücləndirmək üçün xeyli səy göstərib, on dəfədən çox SSRİ-yə və daha sonra Rusiyaya səfər edib.

Keçmiş prezident bir neçə əsərin və iki cildlik memuarlar kitabının müəllifidir.

6
Teqlər:
prezident, Fransa, COVID-19, Koronavirus
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

10
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

10
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3