Qətərdəki Türkiyə hərbi bazası

Ərəb böhranı müharibə həddinə çatır

140
(Yenilənib 13:44 03.07.2017)
"Bu, suveren ölkəyə açıq-aşkar müdaxilə deməkdir"

BAKI, 3 iyul — Sputnik. "Əgər bizə qarşı hərbi hücum edilərsə, özümüzü müdafiə etməyə hazırıq". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Qətər dövlətinin müdafiə naziri Xalid əl Atiyyə açıqlama verib.

Səudiyyə Ərəbistanı liderliyində, 4 ərəb ölkəsinin Qətərdən yerinə yetirməsini istədiyi 13 tələblə bağlı 10 günlük müddətin bitməsini şərh edən nazir, bu tələblərin qeyri-insani olduğunu bildirib: "Bu, suveren ölkəyə açıq-aşkar müdaxilə deməkdir. Onların Küveyt vasitəsilə bizə göndərdikləri tələblər qəbuledilməzdir. Bildirmək istəyirəm ki, əgər ölkəmizə qarşı hər hansı hərbi müdaxilə olarsa, özümüzü qorumağa hazırıq".

140
Teqlər:
Xalid əl Atiyyə, hərbi hücum, Qətər Dövləti, ölkə, müdafiə
Əlaqədar
Qətər böhranı pik həddə çatdı
ABŞ: Qətərin 4 ərəb ölkəsinin tələblərini qarşılaması çətindir
Qətərin son addımı müharibəyə səbəb ola bilər
“Qətər ətrafında baş verən hadisələrdə əsas hədəf Türkiyədir”
ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi