Американский полицейский. Архивное фото

Bu ölkədə polislər 6 ayda 500-ə yaxın insanı güllələyib

33
(Yenilənib 09:56 02.07.2017)
Bu göstərici ötən iki illə müqayisədə eynilik təşkil edir

BAKI, 1 iyul — Sputnik. ABŞ polisləri 6 ay ərzində xidməti borclarını yerinə yetirərkən 492 nəfəri güllələyiblər.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti xüsusi məhkəmə sənədlərinə və polis hesabatına əsaslanaraq xəbər verib.

Xəbərdə vurğulanır ki, göstərici ötən iki ilin rəqəmləri ilə müqayisədə eynilik təşkil edir.

"Bu ilin birinci 6 ayı ərzində polislər xidməti borclarını yerinə yetirərkən 492 nəfəri güllələyiblər. Bu, ötən iki ilin analoji dövrü ilə müqayisədə üst-üstə düşür" — deyə məqalədə bildirilir. Amma göstərilən dövrdə polis tərəfindən güllələnmiş silahsız insanların sayı bir qədər azalıb.

Bununla yanaşı, nəşr 2017-ci ilin sonuna qədər polis tərəfindən öldürülənlərin sayının ötən 2 ildə olduğu kimi 1000 nəfərə çatacağı "tendensiyası"nı da qeyd edib.

Qəzetin məlumatına görə, 2015 və 2016-cı illərdə polislər atıcı və digər silah növləri ilə silahlanmış ağ dərili kişiləri daha çox öldürüb.

33