Флаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива

Bu nəhəng partiyanın üzvlərinin sayı 90 milyona çatır

51
(Yenilənib 20:22 01.07.2017)
Çin Xalq Respublikasının qurulduğu 1949-ci ildən bu yana ölkədə iqtidarda olan Çin Kommunist Partiyasının üzvlərinin sayı 89 milyon 500 min nəfərə çatıb

BAKI, 1 iyul — Sputnik. Çin Kommunist Partiyasının Mərkəzi Komitəsindən verilən açıqlamaya görə, partiyaya ötən il qatılan 1 milyon 910 min nəfər ilə ümumi üzvlərin sayı 89 milyon 500 minə çatıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, partiya üzvlərinin 22 milyon 982 mini qadınların, 6 milyon 300 minini də ölkədəki etnik azlıqların təşkil etdiyi açıqlanıb.

Dünyanın 1,4 milyardlıq əhalisiylə ən sıxlıq ölkəsi olan Çin 68 ildir tək partiyalı rejim ilə idarə olunur.

Maonun ölümündən iki il sonra xarici bazarlara açılan və xarici sərmayəçiləri ölkəsinə qəbul etməyə başlayan Çin, hələ də ABŞ-dan sonra dünyanın ən böyük ikinci iqtisadiyyatı mövqeyindədir.

51