ABŞ Konqresi

ABŞ hərbi xərclərini artırdı

8
(Yenilənib 20:18 01.07.2017)
2018-ci il üçün ABŞ Müdafiə Nazirliyinin büdcəsi 639 milyard dollardan 658 milyard dollara qədər artırılıb

BAKI, 1 iyul — Sputnik. ABŞ Konqresi 2018-ci il üçün müdafiə büdcəsini artırıb.

Konqresin aşağı palatası olan Nümayəndələr Palatasının Təsisatlar Komitəsi Müdafiə Nazirliyinin 639 milyard dollar olan 2018-ci maliyyə ili büdcəsini 658 milyard dollara çıxararaq Palatanın Baş Məclisinə təqdim edib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 2018-ci il üçün müdafiə büdcəsi ilə bağlı qanun layihəsində əsas xərclər 574,5 milyard dollardan 584,2 milyard dollara çıxarılıb.

Təsisatlar Komitəsinin sədri respublikaçı Rodney Frelinghuysen müdafiə büdcəsi layihəsində Amerika ordusunun daha çox silah və hərbçi tələbini qarşılamağa istiqamətlənən dəyişikliklər etdiklərini söyləyib. O, deyib ki, hazırda ordumuzu təkrar yeniləmə və ölkəmizi qoruma zamanıdır. Bu qanun layihəsi ordumuza işlərini həyata keçirmələri və dünyada sabitliyi təmin etmələri üçün lazım olan qaynağı təmin edəcək.

8