Səudiyyə Ərəbistanının sabiq vəliəhdi Məhəmməd bin Nayif

Səudiyyə şahzadəsi ev həbsinə salındı

525
(Yenilənib 15:01 29.06.2017)
Kralın belə qərar verməsinə səbəb, yeni vəliəhd Məhəmməd bin Salmana qarşı ola biləcək təxribatın qarşısını almaqdır

BAKI, 29 iyun — Sputnik. Səudiyyə Ərəbistanının sabiq vəliəhdi və sabiq daxili işlər naziri Məhəmməd bin Nayifin ölkədən, hətta şəxsi sarayından çıxması qadağan edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, kralın belə qərar verməsinə səbəb, yeni vəliəhd Məhəmməd bin Salmana qarşı ola biləcək təxribatın qarşısını almaqdır. Bu haqda qəzetə krallığın səlahiyyətli şəxsləri məlumat veriblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı Salman bir müddət əvvəl qardaşı oğlunu vəliəhdlikdən uzaqlaşdırıb, yerinə öz oğlu Məhəmməd bin Salmanı gətirib. Məhəmməd bin Nayifin uzun illərdir davam etdirdiyi daxili işlər naziri vəzifəsi də əlindən alınıb.

525
Teqlər:
Səudiyyə Ərəbistanı, Məhəmməd bin Nayif, vəliəhd
Əlaqədar
İran Səudiyyə Ərəbistanını yalanladı: saxlanılanlar hərbçi deyil
Səudiyyə Ərəbistanında gözlənilməz "çevriliş": vəliəhd dəyişdi
Səudiyyə - İran münaqişəsi qaynar fazaya keçir
Səudiyyə Ərəbistanından sürpriz Qətər qərarı
Səudiyyə - Qətər gərginliyi pik nöqtəyə çatdı, radikal qərar verildi
Ərdoğan Səudiyyə Ərəbistanına elə mesaj göndərdi ki...
Əfqanıstan Prezidenti Əşrəf Qani, arxiv şəkli

Əşrəf Qəni Taliban* hakimiyyətini tanımağa çağırıb?

7
(Yenilənib 22:09 27.09.2021)
Eks-prezidentin rəsmi "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer alıb.

BAKI, 27 sentyabr — Sputnik. Əfqanıstanın keçmiş prezidenti Muhammed Əşrəf Qəninin "Facebook" hesabı sındırılıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin hesabdan Taliban* hakimiyyətinin tanınmasına çağırış edilib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Muhammed Əşrəf Qəninin "Facebook"-dakı rəsmi səhifəsi sındırılıb", – deyə Qəni öz "Twitter" hesabında yazıb.

Bundan əvvəl Əşrəf Qəninin "Facebook" səhifəsində "Əfqanıstandan uzaqlaşmaq əvəzinə, hazırkı hakimiyyətlə əməkdaşlıq vacibdir" şəklində bəyanat yer almışdı. Bəyanatda Taliban* qruplaşmasına kömək göstərilməsi, onun hakimiyyətinin tanınması və Əfqanıstanın aktivlərinin yenidən açılmasına çağırış öz əksini tapıb.

Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.

Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.

*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı

 

7
Tbilisi, arxiv şəkli

Gürcüstan Bakı Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir

14
Qonşu ölkənin Baş naziri bəyan edib ki, rəsmi Tbilisi sözügedən təşəbbüsün qalıcı olmasının tərəfdarıdır.

BAKI, 27 sentyabr — Sputnik. Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır. Sputnik Gürcüstan xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi günü keçirilən brifinqdə səsləndirib.

O xatırladıb ki, Gürcüstan iyun ayında saxlanılan 15 erməni diversantın Ermənistana təhvil verilməsi, eləcə də Qarabağdakı mina sahələrinin xəritəsinin Azərbaycana ötürülməsinə kömək edib.

"Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün bizə qardaş olan iki dövlətə, azərbaycanlılar və ermənilərə Tbilisidə yaratmaq niyyətində olduğumuz bu platformanın köməyilə vasitəçilik təklif edir və istəyirik ki, həmin təşəbbüs qalıcı olsun", – deyə Baş nazir əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Qara dəniz regionundan sülhün və sabitliyin təmin olunması üçün "dinc qonşuluq təşəbbüsü" yaratmağı təklif edib.

14
Sputnik peyvəndi, arxiv şəkli

"AstraZeneca" "Sputnik Light" kombinasiyası üzrə tədqiqat haqda ilkin məlumat açıqlandı

0
(Yenilənib 22:41 27.09.2021)
Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda birgə tədqiqat çərçivəsində koronavirusa qarşı "AstraZeneca" və "Sputnik Light" peyvəndlərinin  kombinasiyası S-zülalına qarşı antitellərin yüksək artımını göstərib. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat verib.

"Rusiya Birbaşa İnvestisiya Fondu... "AstraZeneca" və "R-Farm" şirkətləri Azərbaycan Respublikasında klinik tədqiqat çərçivəsində "AstraZeneca" şirkətinin peyvəndi ilə (Oksford Universiteti ilə birlikdə hazırlanıb) koronavirusa qarşı "Sputnik V" vaksinin ilk komponentinin birgə istifadəsinin virusneytrallaşdırıcı aktivliyi ilə bağlı ilkin məlumatları açıqlayıb", - deyə məlumatda bildirilib.

"Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub", - deyə fond əlavə edib.

Məlumatlar tədqiqatın kombinasiyanın hər iki komponentinin vurulduğu ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsaslanır. Birinci komponent kimi "AstraZeneca" peyvəndi, ikincisi kimi isə "Sputnik Light" istifadə olunub. Dozalar arasındakı interval 29 gün təşkil edib.

Azərbaycanda tədqiqatlar 2021-ci ilin fevral ayında başlanıb. Bu günə qədər tədqiqatlarda 100 könüllü iştirak edir.

Azərbaycandan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da qlobal proqram çərçivəsində vaksinlərin kombinasiyasının klinik tədqiqatı həyata keçirilib. Belarusda tədqiqat aparmaq üçün tənzimləyicilərdən icazə alınıb.

İlk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndi əsasında heterogen busterləşdirmə yanaşması (birinci komponent olaraq insanın 26-cı, ikinci komponent olaraq 5-ci serotip adenovirusunun istifadə olunduğu "peyvənd kokteyli") tətbiq edilib. RBİF "Sputnik V"nin ilk komponentinin xarici dərmanlarla kombinasiyasının birgə araşdırılması təşəbbüsü ilə dünyada ilk olub.

2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə RBİF, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, "R-Pharm" şirkətlər qrupu və "AstraZeneca" şirkəti "AstraZeneca"vaksini və "Sputnik V" peyvəndinin birinci komponentinin immunogen kombinasiyası və təhlükəsizliyi ilə bağlı birgə klinik tədqiqatlar aparmaq üçün əməkdaşlıq memorandumu imzalayıblar.

 

0