BAKI, 28 iyun — Sputnik. ABŞ-ın Kaliforniya ştatında məscidə irqçi hücumu baş verib. Hücum edənlər Quranı yandıraraq məscidin giriş qapısından asıblar.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, polis araşdırmağa başlasa da, Quranı yandırdıqdan sonra məscidin qapısına asanların kimliyi hələ müəyyənləşdirilməyib.
Məlumata görə, bu, həmin ərazidə son dövrdə baş vermiş ikinci hadisədir. Bundan öncə də irqçilər Quranın vərəqlərini kəsmişdilər.
BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.
View this post on Instagram
Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.
BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.
Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.
"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.