Erotik masaj

Bu ölkədə seks-kurort açılıb

1417
(Yenilənib 22:00 28.06.2017)
Ən ucuz xidmət paketi adambaşına gecəyə 599 dollardır. Bu pula turistə qız və ingilis dili tərcüməçisi təqdim olunur.

BAKI, 28 iyun — Sputnik. Kolumbiyanın qərbində Good Girls Sex Resort seks kurortu açılıb. Kurort "hər şey daxildir" formatında işləyir. Bu barədə klubun saytında məlumat verilir.

Ən ucuz xidmət paketi adambaşına gecəyə 599 dollardır. Bu pula turistə qız və ingilis dili tərcüməçisi təqdim olunur. Müştəri lüks nömrəyə yerləşdirilir.

Ən bahalı paket gecəyə 1,5 min dollardır. Bu pulu ödəyən 2 qız, spa-mərkəzə buraxılış, at sürmək, helikopter turu, gecə klubuna bilet, qida və başqa xidmətlər təklif olunur.

Good Girls Sex Resort Kali şəhərinin hava limanından 15 dəqiqəlik məsafədədir. Müştəriləri limandan havayı taksi aparır.

1417
Teqlər:
seks kurort, Good Girls Sex Resort, gecə klubu, turist, Kali şəhəri, Kolumbiya
Əlaqədar
"Bizdə kimisə işə götürərkən ondan cinsi oriyentasiyası soruşulmur"
"Cinsi azlıqların hüquqlarını qoruyun, cənab prezident"
Bakıda cinsi azlığın mənzilini qarət etdilər
Cinsi əlaqə, görün qadınlarda nələrə səbəb olur
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli

Türkiyənin keçmiş baş naziri vəfat etdi

18
(Yenilənib 11:18 30.10.2020)
Keçmiş baş nazir və Ana Vətən Partiyasının sədri olan Yılmaz ötən əsrin 90-cı illərində üç dəfə hökumətə başçılıq edib və bir neçə dəfə nazir olub.

BAKI, 30 oktyabr — Sputnik. Türkiyənin sabiq baş naziri Məsud Yılmaz dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 73 yaşlı siyasətçi uzun sürət xəstəlikdən əziyyət çəkirdi.

Keçmiş baş nazir və Ana Vətən Partiyasının sədri olan Yılmaz ötən əsrin 90-cı illərində üç dəfə hökumətə başçılıq edib və bir neçə dəfə nazir olub.

18
Председатель общественного объединения «Борчалы» Залимхан Мамедли

Siyasi şərhçi: “Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir”

7
(Yenilənib 08:29 30.10.2020)
“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli deyir ki, Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır
Zəlimxan Məmmədli: “Çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Sputnik Azərbaycan-a deyir ki, hazırki İvanaşvili komandası hakimiyyətə maksimalist şüarlarla gəlib:

“Gürcüstanda mövcud hakimiyyətə siyasi oriyentasiya baxımından şübhəli yanaşılır. Hazırda Gürcüstanda ciddi proseslər gedir. Gürcüstanda köhnə demokratik idarəetməyə tələbat özünü büruzə verir. O baxımdan çoxluğun müxalifətə tərəfdar olacağını düşünürəm. “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan”ın qələbə qazanacağını düşünmək olar. Normal demokratik seçkilərin keçirilməsi mövcud hakimiyyətin yeni komanda formalaşdırmasına mane ola bilər”.

Zəlimxan Məmmədlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7

Azərbaycanda tədris ilinin müddəti azaldılmayacaq

0
(Yenilənib 11:40 30.10.2020)
Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

BAKI, 30 oktyabr — Sputnik. "Pandemiya və hərbi vəziyyətdə koronavirusa yoluxmalarda artım müşahidə olunur. Daha çox ictimai yerlərdə, ailə daxilində yoluxmalar çox artıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, dövlət müəssiələrində işçi sayının 30 faiz həddində azaldılması məhz koronavirusun yayılmasının qarşısını almağa yönəlib: "Hər kəsin qaydalara uyğun davranması ümumi nəticələrə təsir edir. Bu bir fərdin, bir şəxsin qaydalara riayət etməsindən, maska taxmasından, gigiyenik qaydalara riayət etməsindən asılı deyil. Ona görə də hazırda cəmiyyətimizin üz-üzə qaldığı, xalqımız üçün şanlı bir dövrdə hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından qoyulmuş qaydalara riayət etməkdir".

Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək. Onun sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

0