Dollar

Prezidentə qarşı korrupsiya ittihamı irəli sürülüb

429
(Yenilənib 12:12 27.06.2017)
Braziliyanın sabiq prezidenti Dilma Rusef də korrupsiya qalmaqalına görə istefaya gedib

BAKI, 27 iyun — Sputnik. Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb

APA-nın verdiyi xəbərə görə, baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib.

Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir. Bununla belə, ölkə prezidentinə yaxın koalisiya ittihamın rədd ediləcəyinə əmindir.

Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Məlumata görə, səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub. 

Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Dilma Rusef korrupsiya qalmaqalına görə istefaya gedib.

429
Teqlər:
Korrupsiya ittihamı, Braziliya Konqresi, Rodriqu Jano, Dilma Rusef, Eduardo Kunya, Mişel Temer, Braziliya
Əlaqədar
Braziliya prezidentinin impiçmenti təsdiqlənib
Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırıldı
Braziliya parlamenti prezidentin impiçmentinə səs verib
Braziliya palçıq altında qaldı
Bakıda Zəfər paradı

Ərdoğan Qarabağ Zəfəri Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

7
(Yenilənib 16:38 02.03.2021)
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığının simvolu olacaq.

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.

7
 Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti Paşinyanı yenə saymadı, məhkəməyə müraciət etdi

12
(Yenilənib 16:24 02.03.2021)
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər.

BAKI, 2 mart — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamaqdan imtina edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Bildirilir ki, Sarkisyan bu qərarın özünün deyil, hələ 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu" haqqında edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Yəni Konstitusiyaya görə, qərar avtomatik qüvvəyə minəcək.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, baş nazir Nikol Paşinyana göndərib.

Bundan sonra Paşinyan imzalaması üçün ölkə prezidentinə yeni qərar göndərib.

 

12
Teqlər:
Konstitusiya Məhkəməsi, prezident, Nikol Paşinyan, istefa, Baş Qərargah rəisi, Ermənistan
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

"Qocalar Evi"nin peyvəndlənən sakinlərinin sayı açıqlandı

0
(Yenilənib 17:12 02.03.2021)
"Hələlik 60 nəfər vaksinasiya olunmayıb. Yaşlılar arasında bəziləri vaksinasiyadan imtina ediblər" - Murad Həşimov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin habelə Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır. Bu barədə agentliyin mətbuat katibi Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, hazırda ahıllar evində yaşayan sakinlərin sayı 195-dir ki, hələlik onlardan 37 nəfəri peyvənd olunub. Yataq xəstəsi olan 98 nəfərə isə müəssisənin özündə peyvənd vurulacaq".

"Hələlik ki, 60 nəfər vaksinasiya olunmayıb. Yaşlılar arasında bəziləri vaksinasiyadan imtina ediblər".

Qeyd edək ki, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.

0