İŞİD Donald Trampı hədələyib

© REUTERS / Yuri GripasПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hakerlər dağıdılmış saytlarda ABŞ prezidentinin müsəlman ölkələrində tökdüyü hər damla qana görə cavab verəcəyi barədə mesajlar yerləşdiriblər

BAKI, 26 iyun — Sputnik. Hakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər.

"Report"un məlumatına görə, bununla bağlı "Associated Press" xəbər verib.

Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləiyb. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Hakerlər dağıdılmış saytlarda ABŞ prezidenti Donald Trampın müsəlman ölkələrində tökdüyü hər damla qana görə cavab verəcəyi barədə mesajlar yerləşdiriblər.

Qeyd edək ki, hazırda hökumətin bir neçə saytı işləmir. 

Xəbər lenti
0