Almaniyadan Ərdoğanla bağlı şok qərar

© Photo : Salih Zeki Fazlioglu/Anadolu, Pool Photo via APƏrdoğan və Merkel
Ərdoğan və Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya Türkiyə prezidentinin mühafizəçilərinə G20 sammitinə qatılmağı qadağan edib

BAKI, 25 iyun — Sputnik. Almaniya Federativ Respublikasının hökuməti Türkiyə hakimiyyətini prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan "DIe Welt"ə istinadla xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətindəki mənbə açıqlayıb.

Mənbə bildirib ki, Hamburqda Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər. Çünki Almaniyada terrorçu PKK-nın tərəfdarları çoxdur və bu, terrorçu təşkilatın tərəfdarları ilə Türkiyə vətəndaşları arasında qarşıdurmaya səbəb ola bilər.

Mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı buna bənzər insident olub. Nəticədə azı 9 nəfər xəsarət alıb.

Hakimiyyət orqanları analoji situasiyanın ABŞ prezidenti Donald Trampın gəlişi zamanı da yarana biləcəyindən ehtiyat edir.

Xəbər lenti
0