Московскому зоопарку - 150 лет

Siyasi şərhçilərdən hətta vəhşi heyvanlar belə qorxurlar

19
(Yenilənib 16:48 24.06.2017)
Aparıcılar Limbo və Meddounun səsləri pumaları qorxudub

BAKI, 24 iyun — Sputnik. Kaliforniya universitetinin (ABŞ) alimləri vəhşi pumaların siyasi şərhçilərin səsinə reaksiyasını öyrəniblər.

Bunun üçün onlar pumaların yaşadıqları yerlərə videokamera və səs avadanlığı yerləşdiriblər. Heyvanlar peyda olan kimi qurğular işə düşürmüş və onlar mühafizəkar radioaparıcı Raş Limbo, liberal teleaparıcı Reyçel Meddou və qurbağanın səslərini eşidirmişlər.

Alimlər 29 eksperiment keçiriblər. Eksperimentlərdə 17 puma iştirak edib. Məlum olub ki, Limbo və Meddounun səsləri 83% halda yırtıcıları qorxudur. Qurbağa səsi cəmi bir dəfə pumanı hürküdüb.

Puma pişikkimilər ailəsinin ən iri üzvlərindən biridir. Ona dağ şiri də deyirlər. Ölçülərinə görə puma pələng, şir və yaquardan geri qalır.

19