Ərəb ölkələrindən Türkiyəyə "arxadan zərbə"

© AFP 2023 / OZAN KOSETürk əsgərləri, arxiv şəkli
Türk əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qətər böhranının gizli tərəfləri üzə çıxıb

BAKI, 23 iyun — Sputnik. Qətərə qarşı sanksiya tətbiq etməyə başlayan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Küveyt kimi ölkələrin bu ölkədən tələbləri ilə bağlı bəzi faktlar ortaya çıxıb. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, körfəz ölkələrinin tələbləri arasında Türkiyənin Qətərdəki hərbi bazasının bağlaması da var.

ABŞ mediasında yer alan xəbərlərə görə, tələblər siyahısında, həmçinin "Əl-Cəzirə" televiziyasının bağlanması, Yəməndə hökumətə qarşı döyüşən husilərə maliyyə dəstəyinin kəsilməsi, İranla diplomatik əlaqələrin dondurulması, terror təşkilatı olaraq qəbul edilən qruplara maddi dəstəyə son verilməsi kimi maddələr də yer alıb. Bu təşkilatlar "Müsəlman qardaşları", İŞİD və "Əl-Qaidə" olaraq sıralanır.

Xəbər lenti
0