Протестанты на Площади парламента в Лондоне. 2 июля 2016 года

Brexit alman mərkəzli iqtisadi sistemdən ayrılma cəhdi

42
(Yenilənib 14:07 22.06.2017)
Müasir Avropada yalnız Britaniya Brexit-ə hazırdır, Avropa İttifaqının yerdə qalan ölkələri artıq o qədər də müstəqil deyil

BAKI, 22 iyun — Sputnik. Çətin ki, Avropa İttifaqı ölkələrindən biri Britaniyanın nümunəsini təkrar edərək yaxın illərdə strukturu tərk edəcək. Bunu Sputnik Azərbaycan-a rusiyalı politoloq, "Ali iqtisadiyyat məktəbi" Milli Tədqiqat Universitetinin professoru Dmitri Yevstafyev deyib.

Böyük Britaniya və Avropa İttifaqı britaniyalıların əksəriyyətinin ölkənin Aİ-dən çıxmasına səs verdikləri referendumdan keçən təqribən bir il müddətində rəsmən Brexit danışıqlarına başlayıblar.

Yevstafyev Britaniyanın Avropa İttifaqından çıxmasının ilk dövrlərdə göründüyü formatda olacağına şübhə edir. 

"Böyük Britaniya xüsusi haldır. Bu ölkə heç vaxt sözün əsl mənasında Aİ-yə, hətta institutsional səviyyədə inteqrasiya etməyib" — deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib. O, xatırladıb ki, Britaniyanın sabiq baş naziri Toni Bler bunu etməyə — Britaniyada avronun tətbiqinə cəhd etsə də, bu, uğursuzluqla nəticələnib.

Ekspert onu da xatırladıb ki, bu, təkcə Aİ-dən çıxmaq deyil, alman mərkəzli iqtisadi sistemdən ayrılma cəhdidir.

"Müasir Avropada bunu ancaq Böyük Britaniya edə bilər. Digər ölkələr artıq o qədər də müstəqil deyillər" — deyə Yevstafyev vurğulayıb.

42
Teqlər:
Brexit, Toni Bler, Dmitri Yevstafyev, Avropa İttifaqı, Böyük Britaniya
Əlaqədar
Avropalılar Avropa İttifaqından çıxmaq barədə nə düşünürlər?
"Brexit" prosesi gələn il martın sonunadək başlayacaq
Donald Tusk: Brexit prosesi 2017-ci ilin əvvəllərində başlaya bilər
Britaniyalılar "Brexit"dən ziyan görməyiblər