Londonun Karnabis-siti küçəsi, arxiv şəkli

Avropalılar Avropa İttifaqından çıxmaq barədə düşünürlər?

61
(Yenilənib 14:19 22.06.2017)
Fransız, alman, italyan və ingilislərin dörddə biri ölkənin yaxın zamanlarda Avropa İttifaqını tərk edəcəyi barədə suala cavab verməkdə çətinlik çəkiblər

BAKI, 22 iyun — Sputnik. Fransızların təxminən yarısı (49%), alman (52%) və italyanların (57%) yarıdan çoxu, britaniyalıların isə üçdə ikisi (64%) hesab edir ki, yaxın zamanlarda Avropa İttifaqından bir və ya bir neçə ölkə çıxacaq.

Bu nəticələr Sputnik.Rəy-in sifarişi ilə Avropa ölkələrində keçirilən sorğuda qeydə alınıb. Eyn zamanda fransızların (33%), italyanların (32%), almanların (39%) üçdə biri və britaniyalıların 18%-i hesab edir ki, Aİ-dən heç bir ölkə çıxmayacaq.

Qeyd edək ki, Fransa, Almaniya və İtaliya ilə yanaşı bir neçə ölkənin Aİ-dən çıxacağına daha çox gənc nəslin nümayəndələri əmindir. Böyük Britaniyada ölkə əhalisinin yaşı 35-dən aşağı olan hissəsinin təqribən yarısı bir neçə ölkənin Aİ-dən çıxacağını düşünür. Ölkə əhalisinin yaşı 65-dən yuxarı olan təbəqəsinin təqribən yarısı da belə düşünənlər arasındadır. 

Bundan əlavə, burada təhsilin səviyyəsi də özünü göstərir. Fransızlar, ingilislər, almanlar və italyanlarda bu səviyyə aşağı olduqca, Avropa Birliyini yaxın illərdə bir neçə ölkənin tərk edəcəyini deyənlərin sayı da artır.

Almaniyada isə kişilərin (31%) əksinə olaraq qadınların (48) əhəmiyyətli hissəsi hesab edir ki, yaxın illərdə Aİ-dən heç bir ölkə çıxmayacaq. Şərqi Almaniyada (47%) Qərbi Almaniya (37%) və Berlindən (32%) fərqli olaraq daha çox adam Aİ-dan dərhal bir neçə ölkənin çıxacağını düşünür.

İtaliyada qadınlar (54%) kişilərdən (46%) daha çox hesab edir ki, yaxın zamanlarda bir neçə ölkə Aİ-nin tərkibindən çıxacaq.

Şərqi İngiltərədə (lehinə 68%) ölkənin digər regionlarına (London 45%, ölkənin mərkəzi, Uels, Şotlandiya, Şimali İrlandiya (56%) və Cənubi İngiltərə (58%)) nisbətdə daha çox adam hesab edir ki, yaxında Aİ-nin tərkibindən bir neçə ölkənin çıxması mümkündür.

Bununla yanaşı, 18% Fransa, 9% Almaniya, 11% İtaliya və 18% Böyük Britaniya vətəndaşı bu suala cavab verməyə çətinlik çəkdiyini bidirib.

Sorğu Sputnik üçün Fransanın ictimai rəy sorğularının keçirilməsi ilə məşğul olan IFop şirkəti tərəfindən 21-25 aprel tarixlərində Fransa, Almaniya, İtaliya və Böyük Britaniyada keçirilib. Sorğuda əhalinin cinsi, yaşı və coğrafi ərazi nəzərə alınıb. Bu məlumatların seçimində maksimum yanlışlıq ölkə üzrə 3,1%, etimad səviyyəsi isə 95% ola bilər. 

Sorğu: Azərbaycan gəncliyi necədir
© Sputnik / Kamilla Əliyeva

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır. Sputnik.Rəy-in digər tədqiqatları ilə buradan tanış ola bilərsiz:

61
Teqlər:
Sorğu, İtaliya, Berlin, Fransa, Almaniya, Böyük Britaniya, Avropa
Əlaqədar
Avropalılar öz ciblərindən silaha pul verməlidirlərmi?
Alman nazir avropalıları Trampa qarşı birləşməyə çağırdı
Avropalıların əksəriyyəti "Rusiya təhlükəsinə" inanmır
İlham Əliyev avropalı nümayəndələri qəbul edib