Asena Melisa Sağlam

Türkiyəli qıza qarşı absurd zorakılıq

92
Ercan Kızılateş: "Məcbur olub onu vurdum"

BAKI, 21 iyun — Sputnik. Türkiyədə qəribə hadisə baş verib. Universitet tələbəsi Asena Melisa Sağlam İstanbulda avtobusda təcavüzə uğrayıb. Sputnik Azərbaycan Milliyyet-ə istinadən xəbər verir ki, qısa şort geyinən tələbə qız avtobusda yol gedərkən qəfildən arxa sırada oturan sərnişin kişi ayağa qalxaraq onun üzünə qəfil şillə vurub və dayanacaqda düşərək qaçıb.

Hadisədən sonra Baş Prokurorluq hadisəni törədən Ercan Kızılateşi saxlayıb. Dindirmədən sonra o sərbəst buraxılıb. Ercan Kızılateş dindirmə zamanı bildirib ki, qadının qısa geyinməsi onu bu hərəkəti etməsinə məcbur edib: "Qadınların açıq geyinməsi kişilərin nəfsinə hakim ola bilməməsinə səbəb olur. Məcbur olub onu vurdum". Hadisənin görüntülərini təqdim edirik:

92