İran bayrağı

İran Səudiyyə Ərəbistanını yalanladı: saxlanılanlar hərbçi deyil

37
(Yenilənib 16:08 21.06.2017)
İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Macid Aghababaie Səudiyyə Ərəbistanı tərəfindən həbs edilən 3 nəfərin hərbçi deyil, Buşehr şəhərindən balıqçılar olduğunu söyləyib

BAKI, 21 iyun — Sputnik. Səudiyyə Ərəbistanının ərazi sularında neft platformasına hücum etmələri ittihamı ilə İran İnqilab Keşikçiləri Korpusunun 3 əməkdaşını həbs etməsi ilə bağlı İrandan açıqlama gəlib.

Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Macid Ağababaei Səudiyyə Ərəbistanı tərəfindən həbs edilən 3 nəfərin hərbçi deyil, Buşehr şəhərindən balıqçılar olduğunu söyləyib.

Ağababaei, "hərbçilər olduğunu göstərən heç bir dəlil yoxdur" deyə əlavə edib.

Xatırladaq ki, dünən yayılan məlumata görə, Səudiyyə Ərəbistanı, özünə aid ərazi sularında neft platformasına hücum etmələri ittihamı ilə, İran İnqilab Keşikçiləri Korpusunun 3 əməkdaşını həbs edib. Səudiyyə tərəfindən verilən açıqlamaya görə, iyunun 17-ə keçən gecə Səudiyyə Ərəbistanının ərazi sularında "Əl-Mərcan" neft sahəsindəki platformaya qayıqlarla hücum cəhdi olub.

"Neft sahəsinə hücum təşkil etmək üçün sürətlə yaxınlaşan 3 qayığa dəniz qüvvələrimiz tərəfindən müdaxilə edilib, qayıqlardan ikisinin ərazidən uzaqlaşıb, digəri isə saxlanılıb. Saxlanılan qayıqda İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisi olub və onlar həbs edilib. Silah-sursatın da olduğu qayıqda tutulan şübhəlilərin sorğuları davam etdirilir" — açıqlamada bildirilir.

37
Teqlər:
İran Daxili İşlər Nazirliyi, İran İnqilab Keşikçiləri Korpusu, Macid Ağababayi, Səudiyyə Ərəbistanı, İran