Raket

İrandan ağır cavab zərbəsi: 65 nəfər məhv edildi

6458
(Yenilənib 17:03 21.06.2017)
İranın İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi raket zərbəsi nəticəsində 65-dən çox terrorçu məhv edilib

BAKI, 21 iyun — Sputnik. İranın İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi raket zərbəsi nəticəsində 65-dən çox terrorçu məhv edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Press TV telekanalı İran İslam İnqilab Keşikçiləri Korpusuna istinadla (İİKK) bildirib.

Daha əvvəl verilən məlumata görə, İİKK terrorçuların Suriyadakı bazalarına raket zərbələri endirib. Orta mənzilli ballistik raket zərbəsi Tehrandakı terror aktlarına cavab olaraq Deyr-əz-Zor əyalətindəki bazaya endirilib. Ümumilikdə altı raket zərbəsi vurulub.

Bəyanatda həmçinin bildirilib ki, İŞİD-in Əl-Muxasan şəhərindəki mərkəzinə endirilən zərbə nəticəsində 15 yaraqlı məhv edilib. Onlardan birinin İŞİD liderlərindən Səəd əl-Qosaibi olduğu bildirilib. 

Həmçinin bildirilir ki, Əl-Mayadin şəhərinə vurulan zərbədə 27 terrorçu məhv edilib. Bu şəhər İŞİD-in Suriyadakı qalası adlandırılır. Zərbə nəticəsində ölənlərdən altısının Liviyadan olan səhra komandirləri olduğu bildirilir.

Tehran bəyan edib ki, terrorçuların mövqelərinə raket zərbələrini Suriya hakimiyyəti ilə razılaşdırıb.

Xatırladaq ki, iyunun 7-də İran parlamentinə və İmam Xomeyni türbəsinə edilən terror hücumları nəticəsində 17 nəfər ölmüş, 43 nəfər yaralanmışdı. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.

6458
Teqlər:
İmam Xomeyni türbəsi, Raket zərbəsi, İİKK, İŞİD, Səəd əl-Qosaibi, Deyr-əz-Zor, Əl-Muxasan şəhəri, Əl-Mayadin şəhəri, Liviya, İran, Suriya
Əlaqədar
İnqilab keşikçilərinin həbsinin ardından İrana daha bir zərbə
Səudiyyə - İran münaqişəsi qaynar fazaya keçir
İranda növbəti terror: 18 nəfər yaralandı
İranda sabitlik pozuldu: parlamentdə və Xomeyni türbəsində atışma gedir
İranda terror kütləvi hal alır, canlı görüntülər yayıldı