US RC-135 kəşfiyyat təyyarəsi

ABŞ Rusiya səmada qarşı-qarşıya gəldi

65
Hadisənin Kalininqradın təxminən 40 kilometr yaxınlığında, beynəlxalq hava sahəsində yaşandığı bildirilib

BAKI, 21 iyun — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya ordusuna aid bir qırıcı təyyarənin Baltik dənizi üzərində uçan ABŞ kəşfiyyat təyyarəsinin təxminən 1,5 metr yaxınından keçdiyini açıqlayıb. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, hadisənin Kalininqradın təxminən 40 kilometr yaxınlığında, beynəlxalq hava sahəsində yaşandığı bildirilib.

Hadisəni təhlükəli olaraq xarakterizə edən ABŞ səlahiyyətliləri rus pilotun çox sürətli uçduğunu və idarəetmənin zəif olduğunu söyləyib. Rusiya isə ABŞ təyyarəsinin qırıcılarına qarşı təhrikedici hərəkət etdiyini iddia edib.

Pentaqon sözçüsü Jeff Davis isə deyib: "Beynəlxalq hava sahəsində uçurduq və təhrikedici hərəkətə səbəb olacaq heç bir şey etmədik".

Pentaqon sözçüsü hadisə əsnasında "US RC-135" tipli kəşfiyyat təyyarəsinin peyk alıcı-vericisinin açıq olduğunu da əlavə edib. Bu sistem təyyarənin digər təyyarələr tərəfindən fərq edilə bilməsini təmin edir.

Rusiyanın Müdafiə Nazirliyi isə ABŞ təyyarəsinin təhlükəli hərəkətlər etdiyini açıqlayıb. Açıqlamada hadisədən 10 dəqiqə sonra bölgəyə başqa bir ABŞ casus təyyarəsinin gəldiyi, o təyyarənin də yolunun kəsildiyi deyilib. 

Amerikalı səlahiyyətlilər ABŞ və Rusiya təyyarələrinin iyun ayının əvvəlindən bəri Baltik dənizi üzərində təxminən 30 dəfə yaxınlaşdığını, ancaq bunların çoxunun "etibarlı" olduğunu söyləyib. ABŞ-ın bazar günü Suriyada Raqqa üzərində uçan bir Suriya qırıcısını vurmasının ardından Rusiya ilə ABŞ arasında təzyiq yüksəlib.

65
Teqlər:
Rusiyanın Müdafiə Nazirliyi, Pentaqon, Baltik dənizi, Rusiya, Suriya, ABŞ
Əlaqədar
Müxaliflər hökumət qüvvələrinin döyüş təyyarəsini vurdu
ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərib
Rusiyadan xarici ölkə təyyarə və gəmilərinə xəbərdarlıq
İki sərnişin dalaşdı, təyyarə yerə düşdü