Raket zərbəsi, arxiv şəkli

İnqilab keşikçilərinin həbsinin ardından İrana daha bir zərbə

3256
Məsələ ilə bağlı İran tərəfdən hələlik rəsmi münasibət bildirilməyib

BAKI, 21 iyun — Sputnik. Pakistan Hərbi Hava Qüvvələri İrana məxsus pilotsuz uçan aparatı (PUA) vurub. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi, ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində İrana məxsus pilotsuz uçan aparatı vurub.

Bu barədə Pakistan ordusundan açıqlama verilib. Məlumata görə, PUA hava sərhədini pozduğu üçün vurulub. Məsələ ilə bağlı İran tərəfdən hələlik rəsmi münasibət bildirilməyib.

Xatırladaq ki, dünən yayılan məlumata görə, Səudiyyə Ərəbistanı, özünə aid ərazi sularında neft platformasına hücum etmələri ittihamı ilə, İran İnqilab Keşikçiləri Korpusunun 3 əməkdaşını həbs edib. Səudiyyə tərəfindən verilən açıqlamaya görə, iyunun 17-ə keçən gecə Səudiyyə Ərəbistanının ərazi sularında "El-Mercan" neft sahəsindəki platformaya qayıqlarla hücum cəhdi olub.

"Neft sahəsinə hücum təşkil etmək üçün sürətlə yaxınlaşan 3 qayığa dəniz qüvvələrimiz tərəfindən müdaxilə edilib, qayıqlardan ikisinin ərazidən uzaqlaşıb, digəri isə saxlanılıb. Saxlanılan qayıqda İran İnqilab Keşikçiləri Korpusunun 3 hərbçisi olub və onlar həbs edilib. Silah-sursatın da olduğu qayıqda tutulan şübhəlilərin sorğuları davam etdirilir" — açıqlamada bildirilir.

3256
Teqlər:
Pakistan Hərbi Hava Qüvvələri, İran İnqilab Keşikçiləri Korpusu, PUA, İran, Səudiyyə Ərəbistanı, pilotsuz uçan aparat
Əlaqədar
ABŞ İranın yolunu bağladı
İranda qanlı toqquşma: 22 nəfər həlak olub
İrana qarşı yeni vasitələrə əl atılır
Atışma gedən İran parlamentindən son xəbər
İranda terror kütləvi hal alır, canlı görüntülər yayıldı
İranda sabitlik pozuldu: parlamentdə və Xomeyni türbəsində atışma gedir
ABŞ Rusiya və İranı hədəfə aldı