Türk əsgərləri, arxiv şəkli

Türkiyədə yüzlərlə hərbçi xəstəxanaya yerləşdirilib

950
(Yenilənib 13:56 19.06.2017)
Prokurorluğun təlimatı ilə həbslər başladı

BAKI, 19 iyun — Sputnik. Türkiyənin Manisa bölgəsində, dünən axşam yeməyindən sonra 731 hərbçi qidadan zəhərlənib və xəstəxanaya yerləşdirilib. Bundan sonra Manisa Prokurorluğunun təlimatı ilə, mərkəzi Ankarada yerləşən "Rota" yemək şirkətinin işçiləri həbs edilib.

Sputnik Azərbaycan Hürriyet-ə istinadla xəbər verir ki, Manisa Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilən 21 nəfər arasında, həmin şirkətin rəhbəri Veysəl Əhməd Gürcü, 3 qida mütəxəssisi, aşbaz, aşbaz köməkçisi və digərləri var.

Manisa valisi baş verən hadisə ilə əlaqədar yeni açıqlamalar verib. Vali Mustafa Hakan Güvençer hadisə ilə əlaqədar 17 hərbçinin xəstəxanada müalicəsinin davam etdiyini söyləyib. Vali, həbs edilənlərin sayının 24-ə çatdığını qeyd edib.

Hərbi hissəyə yemək xidməti göstərən "Rota" adlı firmanın, bundan əvvəl 6 dəfə adını dəyişdirdiyi öyrənilib. Son olaraq "Rota" adı ilə, 7 fevral 2015-ci ildə Manisadaki hərbi birləşməyə yemək xidməti göstərmək üçün tenderi 3 illiyə qazanıb.

950
Teqlər:
"Rota" yemək şirkəti, Manisa bölgəsi, qida, hərbçi, zəhərlənmə, Türkiyə, xəstəxana
Əlaqədar
Türk ordusu qəfildən bu ölkəyə hücuma keçdi
PKK heç gözləmədiyi anda qarşısında türk ordusunu gördü
Türk ordusunun Əl-Babı almasına ABŞ-dan maraqlı reaksiya
Türk ordusu Əl-Bab şəhərini bütövlüklə ələ keçirdi
Türk ordusu daha bir əməliyyata başladı
Türk ordusu Əl-Babı İŞİD-dən təmizlədi
Türk ordusu daha 5 əsgərini itirdi
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

7
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

7
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

12
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

12
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

0
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

0
Teqlər:
sülhməramlılar, Rusiya, Mina