İŞİD terrorçuları

İŞİD-in bir qanadı qopdu

58
Cavad Xan həyata keçirilən hava hücmu zamanı öldürülüb

BAKI, 17 iyun — Sputnik. ABŞ İŞİD-in Əfqanıstan qanadının sözçüsü Cavad Xanın hava hücumu zamanı öldürüldüyünü açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-ə qarşı Əfqanıstanda əməliyyat həyata keçirilib.

Əfqanıstandakı ABŞ komandanlığından verilən açıqlamaya görə, İŞİD-in Xorasan üzrə mətbuat təmsilçisi Cavad Xan, iyunun 3-də Açin şəhəri yaxınlığında həyata keçirilən hava hücmu zamanı öldürülüb. Hücumlar zamanı siravi vətəndaşların zərər görmədikləri bildirilir.

Xatırladaq ki, Əfqanıstanın Nanqarhar vilayətində İŞİD-ə əməliyyatlar bir ildir davam edir. Ötən ay isə İŞİD-in Əfqanıstan lideri Abdul Hasib öldürülmüşdü.

58
Teqlər:
hava hücumu, Cavad Xan, Əfqanıstan, İŞİD, ABŞ
Əlaqədar
Azərbaycanlı İŞİD-çilər həbs olunub
Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyünü açıqladı
İŞİD liderləri bu şəhərə qaçıblar
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib
İŞİD bu ölkələri terrorla hədələdi
İŞİD-ə qarşı əməliyyatlarda 484 dinc sakin həlak olub
Moskvanı qana boyamaq istəyən 4 nəfər İŞİD-çi yaxalandı
İstanbula mənzərə, arxiv şəkli

Türkiyədən Fransa Yunanıstana sərt xəbərdarlıq

2
(Yenilənib 16:19 20.04.2021)
Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

BAKI, 20 aprel — Sputnik. Fransa və Yunanıstanın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Aralıq dənizindəki sərhədinin pozulması ilə bağlı diplomatik yolla reaksiya vermək qərarı alıb.

XİN-ə dəvət olunan Yunanıstanın səfiri Michael-Christos Diamessis ilə Fransa səfiri Herve Magro ilə üz-üzə baş tutan görüşlərdə onlara sərt şəkildə etiraz edilib. Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

Qeyd edək ki, ötən şənbə günü bölgəyə göndərilən Türkiyə freqatı həm Fransanın araşdırma gəmisinə, həm də Yunanıstanın "Elli" adlı freqatına bölgəni tərk etməsinə dair xəbərdarlıq edib. Xəbərdarlığın ardından hər iki gəmi bölgəni tərk edib.

 

2
Teqlər:
Aralıq dənizi, xəbərdarlıq, Yunanıstan, Fransa, Türkiyə
Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi ərazi bütövlüyü..."

13
"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir".

BAKI, 20 aprel — Sputnik. "Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zaman beynəlxalq hüquq normaları tətbiq edilməlidir".

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.

"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlara dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməlidir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - o bildirib.

13