Antalya Kəmər bazarı

Ukraynalılar Türkiyəyə axın edirlər

362
Ankara - Kiyev yaxınlaşması Türkiyəni ukraynalılar üçün cəlbedici ölkəyə çevirib

BAKI, 17 iyun — Sputnik. Ukraynanın Ankaradakı səfiri Andrey Sibiqanın sözlərinə görə, Ukraynadan Türkiyəyə bir milyondan çox turist gəlib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfirin sözlərinə görə, bu məsələdə ölkələrarası strasteji ortaqlığın böyük payı var.

Səfir Muğlanın Marmaris bölgəsinə səfər edib və orada bələdiyyə sədri Əli Acar ilə görüşüb. Jurnalistlərə açıqlama verən Sibiqa bildirib ki, Marmarisin təbiəti gözəl olmaqla yanaşı insanları da əvəzolunmazdır.

"Ukraynadan Türkiyəyə bir milyondan çox turist gəlib. Ölkələrin strateji ortaqlığının da bunda böyük payı var. Bu, çox yaxşıdır" — səfir vurğulayıb.

O, əlavə edib ki, bu ay qüvvəyə minəcək çipli pasportlardan sonra Ukraynadan gələnlərin sayı daha da çoxalacaq: "Bütün bunlar gələcəkdə münasibətlərimizin daha da dərinləşməsində böyük rol oynayacaq, dostluğumuzu möhkəmləndirəcək".

362
Teqlər:
bir milyon, Andrey Sibiqa, Ankara, Ukrayna, Türkiyə, turist, səfir
Əlaqədar
Ukrayna-Türkiyə əlaqələrində yeni dövr
Türkiyə Ukraynada hərbi baza yaradacaq