Avropanın şərəfli vətəndaşı vəfat edib

© AP Photo / Michael SohnЭкс-канцлер Германии Гельмут Коль, фото из архива
Экс-канцлер Германии Гельмут Коль, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun Almaniyanın birləşdirilməsində müstəsna xidmətləri olub

BAKI, 17 iyun — Sputnik. Almaniyanın keçmiş Baş naziri (kansler) Helmut Kol ötən gecə dünyasını dəyişib. Sputnik Azərbaycan alman mətbuatına istinadla xəbər verir ki, o, iyunun 16-da, 87 yaşında vəfat edib.

Qeyd edək ki, bu siyasətçi Hitler ordusunda da iştirak edib. Ayrıca, Almaniyanın birləşdirilməsində müstəsna xidmətləri olub.

O, həmçinin Maastrikt müqaviləsinin də yaradıcılarındandır. Belə ki, bu müqaviləyə görə Avropa İttifaqı və avro meydana çıxıb.

1998-ci ildə Kol Avropanın şərəfli vətəndaşı elan edilib. O, 1946-cı ildən (16 yaşından) siyasətlə məşğul olmağa başlayıb. 2002-ci ildə isə aktiv siyasətdən uzaqlaşıb.

Xəbər lenti
0