Britaniyalılar belə dəhşətlə üzləşməmişdilər

© REUTERS / Toby MelvilleПожар в центре Лондона, 14 июня 2017 года
Пожар в центре Лондона, 14 июня 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bina böyük olduğu üçün ölənlərin sayı dəqiq bilinmir

BAKI, 14 iyun — Sputnik. Londonun qərbində yerləşən "White City" səmtində, 27 mərtəbəli bir "göydələn"də yanğın olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində, 50 nəfərdən artır insan xəsarət alıb, ölənlər var.

Yanğını söndürmək üçün 200 xilasedici və 40 xilasetmə vasitəsi cəlb olunub. Nəhəng binadakı alovun söndürülməsinə havadan da dəstək verilib.

Yanğınsöndürmə briqadasının rəhbəri Deni Kotton 29 illik peşə həyatında belə yanğın görmədiyini deyib: "Bina ikinci qatından yuxarıya doğru yanır. Kədərlənərək ifadə etməliyəm ki, yanğında həyatını itirənlər var. Bina böyük olduğu üçün ölənlərin sayı dəqiq bilinmir. Yanğının səbəbi isə hələ də məlum deyil".

Çökmə təhlükəsinə qarşı ətraf binalardan insanların evakuasiya edildiyi açıqlanıb. Yanan bina 1974-ci ildə inşa edilib.

Xəbər lenti
0