Rusiya hərbçisi Suriyada

Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var

336
(Yenilənib 14:12 14.06.2017)
ABŞ və bəzi ərəb ölkələrinin iştirak etdiyi qapalı toplantıda PKK/PYD-nin rəhbərliyində təmsil olunan şəxslər də yer alıblar

BAKI, 14 iyun — Sputnik. Suriyanın Haseke vilayətinin Qamışlı şəhərində, ABŞ və bəzi ərəb ölkələrinin kəşfiyyat qurumlarının nümayəndələri, Suriya neftinin gələcəyinə dair toplantı keçiriblər. Sputnik Azərbaycan Akşam-a istinadla xəbər verir ki, iyunun 10-da reallaşan toplantıya, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü, polkovnik Con Dorrian da qatılıb.

Солдат Сирийских ДС, фото из архива
© AP Photo / Syrian Democratic Forces

Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nümayəndələrin iştirak etdiyi toplantıda, Suriyanın bəzi tayfa liderləri və PKK/PYD-nin rəhbərliyində təmsil olunan şəxslər də yer alıblar. Ayrıca, toplantıda Türkiyə təmsilçilərinin də iştirak etdiyi bildirilir.

Suriya neftinin gələcəyi ilə bağlı birgə strategiyanın müəyyənləşdirilməsi məqsədi ilə toplanan heyət, birlikdə hərəkət etmək qərarı qəbul edib. Əsas müzakirə mövzusu, Suriyanın neft və təbii qaz potensialının 95 faizinə sahib olan Haseke, Rakka və Deyr əz-Zor bölgələrinin gələcəyi və yeraltı sərvətlərinin işlənməsi ilə bağlı olub. Tərəflər razılığa gəlib ki, bu enerji ehtiyatları Humus çölü üzərindən İordaniya və İsrailə, oradan da Avropaya daşınsın.

Görüşlərdə ABŞ və Böyük Britaniyanın neft üzrə nümayəndələri də iştirak ediblər. Amerikalı səlahiyyətlilər bildiriblər ki, bu yeni layihə nəticəsində İranla Rusiyanın Suriya nefti üzərindəki planları pozulacaq.

Qamışlı toplantısında PYD-nin də çıxarılacaq neftdən pay alması qərara alınıb. ABŞ və Səudiyyə tərəfi PYD-nin mübarizəsinə hörmətlə yanaşdıqlarını söyləyərək, İŞİD-ə qarşı dirənişinin əvəzi olaraq neft bölgüsündən lazımi payı alacaqlarını vəd ediblər.

336
Teqlər:
Qamışlı şəhəri, təbii qaz, ərəb, toplantı, PYD, PKK, Suriya, ABŞ, neft
Əlaqədar
ABŞ-ın Suriyada PYD/PKK-ya hərbi yardımları davam edir
Rusiyalı nazirdən maraqlı Suriya etirafı
Cenevrədə Suriya danışıqları başladı
Ərdoğandan gözlənilməz Suriya etirafı
“Rusiya və Türkiyə Suriya məsələsində dil tapıb”
Suriya planına bu ölkə də dəstək verdi
Rusiya ABŞ qırıcılarının Suriyaya girişinə qadağa qoydu
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Koronavirus 3 milyon can aldı

2
(Yenilənib 13:02 16.04.2021)
Siyahıya ABŞ başçılıq etsə də, peyvənd preparatlarının istehsalı sahəsində lider sayılan Rusiya da ilk onluqdadır.

BAKI, 16 aprel — Sputnik. Dünyada koronavirus pandemiyası nəticəsində ölənlərin sayı 3 milyon nəfərə çatıb. Sputnik Azərbaycan bildirir ki, COVID-19-la bağlı statistikanın mütəmadi şəkildə yayımlandığı "Worldometers" saytının məlumata görə, infeksiyadan ən çox ölüm halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 578 min 993 nəfər koronavirusdan ölüb. Sonrakı yerləri Braziliya (365 min 954 nəfər), Meksika (211 min 213 nəfər), Hindistan (174 min 335 nəfər), İngiltərə (127 min 191 nəfər), İtaliya (115 min 937 nəfər), Rusiya (104 min 398 nəfər), Fransa (100 min 73 nəfər), Almaniya (80 min 141 nəfər) və İspaniya (76 min 882 nəfər) tutur.

Son günlər yoluxma hallarının kəskin şəkildə artdığı Türkiyədə indiyə kimi koronavirusdan 35 min 31 nəfər ölüb. Azərbaycanda isə aprelin 15-nə olan məlumata görə, 4045 nəfər bu virusdan dünyasını dəyişib. Hazırda ölkəmizdə 32 min 224 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ilk dəfə 2019-cu ilin dekabr ayında Çində qeydə alınan infeksiya dünyanın 200-dən çox ölkəsində yayılıb. Dünyada indiyə kimi 139 milyon 710 min 707 yoluxma halı qeydə alınıb. Bu virusa yoluxmuş 118 milyon 763 min 479 nəfər isə sağalıb.

Hazırda dünyada 17 milyon 910 min 479 xəstənin müalicəsi davam etdirilir.

2
Teqlər:
statistika, ölüm, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
İsrailin müstəqilliyinin 73-cü ildönümü

Bu ölkə aprelin 18-dən açıq havada maska taxmaq məcburiyyətini götürür

5
(Yenilənib 12:53 16.04.2021)
9,3 milyon əhalisi olan İsraildə 5 milyon 338 min 273 nəfərə COVID-19 peyvəndinin birinci, 4 milyon 960 min 281 nəfərə isə ikinci dozası tətbiq olunub.

BAKI, 16 aprel — Sputnik. Əhalisinin sayına düşən nisbətə görə, dünyada ən çox COVID-19 peyvəndinin tətbiq olunduğu İsrail normal həyat tərzinə qayıtmaq yolunda ilk addımı atıb. Belə ki, bu ölkədə koronavirusun qarşısının alınması tədbirləri çərçivəsində açıq havada maska taxmaq məcburiyyəti aprelin 18-dən etibarən aradan qaldırılır. Sputnik Azərbaycan bu barədə CNNTürk-ə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İsrailin səhiyyə naziri Yuli Edelsteyn verdiyi yazılı açıqlamada bazar günündən etibarən açıq havada maska taxmağın məcburi olmayacağını bildirib. Qapalı məkanlarda isə maska taxmaq məcburiyyəti qüvvədə qalır.

Qeyd edək ki, vaksinasiya sayəsində İsrail fevral ayının 21-dən başlayaq COVID-19-la bağlı məhdudiyyətləri mərhələli şəkildə yumşaltmağa başlayıb.

9,3 milyon əhalisi olan İsraildə 5 milyon 338 min 273 nəfərə COVID-19 peyvəndinin birinci, 4 milyon 960 min 281 nəfərə isə ikinci dozası tətbiq olunub. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son vaxtlar gündəlik COVID-19-a yoluxanların sayı 200-dən aşağıdır.

 

5
Teqlər:
İsrail, açıq hava, maska

"Əjdaha"nın geri dönüşü Rekord dərəcədə artım qeydə alındı

4
(Yenilənib 13:22 16.04.2021)
"Biz bilməliyik ki, COVID-19 bütün dünyada yayılmağa davam edir, beynəlxalq mənzərə yüksək qeyri-müəyyənlik və qeyri-sabitliklə əlaqədar qarışıqdır".

BAKI, 16 aprel — Sputnik. Çin iqtisadiyyatı 2021-ci ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə rekord həcmdə - 18,3 faiz böyüyüb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, bu, Çində rüblük qeydlərin aparılmağa başladığı dövrdən (1992-ci ildən) bəri ümumi daxili məhsula dair (ÜDM) ən böyük sıçrayışıdır.

"Reuters"in ekspertlər arasında keçirdiyi sorğuda isə proqnozların 19% civarında olacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə COVID-19 pandemiyası ilə bağlı Çində tətbiq edilən məhdudiyyətlərlə bağlı bu ölkənin iqtisadiyyatında 6,8% azalma qeydə alınmışdı.

"Milli iqtisadiyyat yaxşı start götürüb", - deyə Çinin Milli Statistika Komitəsinin birinci rübə dair hesabatında bildirilir.

Lakin qurum eyni zamanda qeyd edib ki, COVID-19 pandemiyası hələ də dünyada yayılır: "Biz bilməliyik ki, COVID-19 bütün dünyada yayılmağa davam edir, beynəlxalq mənzərə yüksək qeyri-müəyyənlik və qeyri-sabitliklə əlaqədar qarışıqdır".

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138,8 milyonu keçib, 2,98 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

4
Teqlər:
artım, iqtisadiyyat, Çin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası