Доха, Катар , фото из архива

Kraldan mühüm Qətər açıqlaması

87
Mərakeş Kralı 6-cı Məhəmməd Qətərlə körfəz ölkələri arasında yaranan böhrana münasibət bildirib

BAKI, 12 iyun — Sputnik. Mərakeş Qətərə embarqo tətbiq edən bütün ölkələrə sanksiya qoyaraq hava məkanını bu ölkələrə bağlayıb.

Sputnik Azərbaycan "Yeni Akit"-ə istinadən xəbər verir ki, Mərakeş Kralı 6-cı Məhəmməd Qətərlə körfəz ölkələri arasında yaranan böhrana münasibət bildirib.

“Digərləri kimi boynuna ABŞ kəməri keçirməyən Qətəri zalımlara yem etməyəcəyik” — kral Məhəmməd deyib.

87
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

Ermənistanda bir gündə 38 nəfər koronavirusdan öldü

6
(Yenilənib 17:55 25.11.2020)
Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub.

BAKI, 25 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 129085-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1563 nəfər artıb.

Ermənistanda son gündə daha 38 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2040-a çatıb. Xəstəlikdən sağalanların sayı 100913 nəfər olub. Hazırda bu ölkədə 25619 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Teqlər:
yoluxma, Koronavirus, COVID-19, Ermənistan
Nikol Paşinyan, arxiv şəkli

Əvvəl siyasətçilər, sonra hərbçilər, indi alimlər - Hər kəs onun istefasını istəyir

22
(Yenilənib 16:34 25.11.2020)
Ermənistan Milli Elmlər Akademiyası ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

BAKI, 25 noyabr — Sputnik. Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Prezidiumu Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefaya göndərilməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat EMEA-nın rəsmi saytında bildirilir.

EMEA, həmçinin Qarabağla bağlı üçtərəfli bəyanatı erməni xalqı üçün alçaldıcı hesab edir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, EMEA ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Belə ki, noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

22
Teqlər:
Üçtərəfli bəyanat, elm, alimlər, Ermənistanın baş naziri Nikol Paşinyan, istefa
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı