Kobra ilanı

Deputatdan açıqlama: İki gündür şəhərlərdə ilanlar dolaşır...

280
(Yenilənib 22:29 12.06.2017)
Deputat ilanların şəhərlərdə göründüyünü, bunun zəlzələnin xəbərçisi olduğunu dedi, 2 saat sonra zəlzələ oldu

BAKI, 12 iyun — Sputnik. Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan sabiq deputatı Melda Onurun episentri Egey dənizində olan zəlzələdən 2 saat əvvəl sosial mediada yazdığı zəlzələ xəbərdarlığı diqqət çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, Melda Onur bu gün Türkiyədə qeydə alınan 6.3 bal gücündəki zəlzələdən cəmi 2 saat əvvəl Twitter hesabından belə bir paylaşım edib:

"İki gündür şəhər mərkəzlərində ilanların görünməsi barədə xəbərlər dolaşır. Sonuncu dəfə 1999-cu ildə baş verən zəlzələdən əvvəl belə hal olmuşdu. Demədi deməyin". 

​Onurun bu tweet-ini bir neçə dəqiqədə minlərlə adam paylaşıb. Onur zəlzələdən sonra paylaşdığı tweet-də isə öz şərhinə şaşırdığını gizlətməyib: "Allahım, yanına gəlirəm!"

Xatırladaq ki, Egey dənizində Rixter şkalası üzrə 6.3 bal gücündə zəlzələ baş verib. Mərmərə və Egeydə hiss edilən zəlzələ İzmir, İstanbul, Bursa, Çanaqqala, Tekirdağ kimi bir çox bölgədə təşviş doğurub. İlkin məlumatlara görə, zəlzələnin episentri İzmir yaxınlığında olub.

Boğaziçi Universitetinin Kandilli rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutundan verilən məlumata görə, episentri Egey dənizində olan 6.3 ballıq zəlzələ meydana gəlib. Silkələnmə İzmir, İstanbul, Çanaqqala, Tekirdağ və Bursada da hiss edilib. Zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələdən zərər çəkənlər barədə hələlik məlumat verilməyib.

280
Əlaqədar
Türkiyə yenə güclü zəlzələ ilə silkələndi
Nazirdən dəhşətli zəlzələ xəbərdarlığı
Güclü zəlzələ baş verdi

Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb

2
(Yenilənib 18:51 04.06.2020)
Dünya hələ koronavirusdan özünə gələ bilməyib, indi də onu yeni pandemiya bürüyüb – etirazlar. Rasizm və polis etinasızlığına qarşı aksiyalar indi də bütün ölkələrdə keçirilir.

İlk öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

Qısa müddət ərzində onlar bütün ABŞ-ı bürüyüb, daha sonra isə ölkənin sərhədləri xaricinə də çıxıb. Yüzlərlə insan əllərində “Mən nəfəs ala bilmirəm” və “Ədalət yoxdursa, dünya da yoxdur” plakatlarıyla Niderland, İspaniya, Argentina, Böyük Britaniya və Almaniya küçələrinə axışıb. Yunanıstanda etiraz edənlər Amerika konsulluğu önündə ABŞ bayrağını yandırıblar. Kanada və Fransada etirazlar isə qiyamlarla nəticələnib, polislər etiraz edənləri yatırmaq üçün bibər qazından istifadə etməli olublar. Hadisə yerlərindən kadrları videomuzda izləyin.

2
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko "qardaş" məsələsini yada saldı, amma hökumətə başqa tapşırıq verdi

5
(Yenilənib 18:46 04.06.2020)
Prezident vurğulayıb ki, Belarusun açıq iqtisadiyyatı var, lakin öz bazarlarımızın qorunması tədbirləri də görülməlidir

 

BAKI, 4 iyun — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yeni hökumətin iclasında Rusiyadan asılılığı azaltmağı tələb edib. Bu barədə Sputnik Belarus xəbər verir.

O qeyd edib ki, ölkədə iqtisadi artım ixraca və daxili tələbata əsaslanmalıdır:

"İxrac yoxdursa, valyuta da yoxdur. Bir bazardan asılı olmaq problemini də birdəfəlik həll etmək lazımdır. Biz hətta qardaş Rusiyadan 50-55% də asılı olmamalıyıq. Biz bazarları diversifikasiya etməliyik".

Lukaşenko xatırladıb ki, daha əvvəl yaxın və uzaq xaricə ixracın inkişaf etdirilməsi və yeni bazarların axtarışı istiqamətində qərarlar qəbul olunub.

Prezident vurğulayıb ki, Belarusun açıq iqtisadiyyatı var, lakin öz bazarlarımızın qorunması tədbirləri də görülməlidir: "Bizim daxili bazarımız böyük deyil, lakin onu da heç bir halda kiməsə vermək lazım deyil. Bu məsələ yeni hökumət qarşısında qalır və əvvəlki hökumət bu məsələni həll edə bilmədi".

5
Əlaqədar
Lukaşenko onu dişləmək istəyənlərdən danışdı
Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
Evdə qalanlar virusun ikinci dalğasında koronavirus tutacaq – Lukaşenko
Lukaşenko böhrandan çıxış yolunu tapdı
Məmur, arxiv şəkli

Dövlət qurumunun vəzifəli şəxsləri haqqında cinayət işi başlandı

0
(Yenilənib 18:57 04.06.2020)
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 4 iyun — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Komitənin vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

0
Əlaqədar
"Bugünkü durumuma görə çox utanıram" - Sonrakı peşmançılıq fayda vermir
Sərhəd Xidmətinin 6 yüksək rütbəli zabiti həbs edildi
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"
Onun da "məharəti" köməksiz adama "atmağa" çatdı
Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş