Doha şəhəri

Səudiyyə - Qətər gərginliyi pik nöqtəyə çatdı, radikal qərar verildi

1404
Qətər vətəndaşlarının Kəbə ziyarətinə qadağa qoyulub

BAKI, 12 iyun — Sputnik. Qətər vətəndaşlarının Məkkədəki Böyük Məscidə girişi, baş verən son böhran səbəbiylə Səudiyyə rəsmiləri tərəfindən qadağan olunub. "Marja" xəbər verir ki, bu barədə Dohada çıxan "Al Sharq" qəzeti məlumat yayıb.

Qətər Milli İnsan Hüquqları Komissiyasından verilən açıqlamada da, qətərli vətəndaşlardan, Məkkədə Məscid-i Harama girməyin qadağan olunduğuna dair şikayətlər alındığı bildirilib. "Al Sharq" qəzeti, Qətər Milli İnsan Hüquqları Komissiyasının, sözügedən qadağanın, "insan hüquqları müqavilələri ilə təminat altına alınmış dini ritualları tətbiq etmək hüququnu pozduğunu" və bu səbəblə də pislədiyini də xəbərə əlavə edib.

Bu arada, Qətərdə həyatını itirən bir Səudiyyə Ərəbistanı vətəndaşının cənazəsi ortada qalıb. Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, Ər-Riyad rəhbərliyinin icazə verməməsi səbəbindən, qohumlar cənazəni almaq üçün Qətərə gələ bilməyiblər. Doha rəhbərliyinin cənazəni göndərmə cəhdi də Səudiyyə Ərəbistanı tərəfindən əngəllənib.

Qeyd edək ki, Qətərdə dünən ölkə rəhbərliyinə dəstək aksiyaları keçirilib. Avtomobillərə həm Qətər Əmri Şeyx Təmim bin Hamad Əl Tani, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərini yapışdıran qətərlilər Doha küçələrini dolaşıblar.

1404
Teqlər:
Böyük Məscid, vətəndaş, Səudiyyə Ərəbistanı, Məkkə, Qətər
Əlaqədar
Rusiya Qətərlə bağlı mövqeyini bildirdi
Qətərin əmiri Ankara səfərinin təxirə saldı, nazirini Moskvaya göndərdi
Deputat: “Qətərdə xaosun yaranması Türkiyənin marağında deyil”
Bu ölkə Qətərin köməyinə 20 minlik ordu göndərə bilər
Qətər əmirindən gözlənilməz addım
Ekspert: “Qətər məsələsinin açarı Türkiyənin əlindədir”