Russian Foreign Minister Sergey Lavrov, right, and his Qatari counterpart Mohammed Al Thani during their meeting in Moscow

Rusiya Qətərlə bağlı mövqeyini bildirdi

123
Lavrov: Ərəb dövlətlərinin bir-birinin ardınca Qətərlə diplomatik əlaqələri kəsməsini narahatlıqla izləyirik

BAKI, 10 iyun — Sputnik. Bu gün Moskvada Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Görüşdə Lavrov Rusiyanın Qətər ətrafında yaranan vəziyyətlə əlaqədar narahatlıq keçirdiyini bildirib.

Spitnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Lavrov ərəb dövlətlərinin bir-birinin ardınca Qətərlə diplomatik əlaqələri kəsməsini narahatlıqla izlədiklərini ifadə edib:

"Bizim görüşümüzün əsas müzakirə mövzusu ərəb dünyasındakı vəziyyətin gərginləşməsi olacaq. Rusiya bu gərginliyi, ərəb dövlətləri tərəfindənQətərlə əlaqələri kəsmək barədə atılan addımları narahatlıqla qarşılayırıq" — deyə Lavrov bildiirb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqalla Çad isə bu ölkədəki səfirini geri çağırıb.

123
Teqlər:
diplomatik əlaqələr, Moskva, Doha, Məhəmməd bin Əbdürrəhman Əl Tani, Sergey Lavrov, Qətər, Rusiya
Əlaqədar
Qətər əmirindən gözlənilməz addım
Ekspert: “Qətər məsələsinin açarı Türkiyənin əlindədir”
Qətər münaqişəsi qızışır: Türkiyə bu ölkəyə qoşun yeridir
Ərdoğandan mühüm Qətər açıqlaması
Qətərin əmiri Ankara səfərinin təxirə saldı, nazirini Moskvaya göndərdi