Солдат Сирийских ДС, фото из архива

Rusiya: ABŞ İŞİD Suriyada razılığa gəlib

137
(Yenilənib 00:43 10.06.2017)
"ABŞ-ın Suriyada terrorla mübarizə görüntüsü altında Suriya ordusunun irəliləyişinə mane olmağa cəhd etdiyi qənaəti hasil olur"

BAKI, 9 iyun — Sputnik. Suriyadaki Rusiya qoşunlarının komandanı general Sergey Surovikin ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının və Demokratik Suriya Qüvvələrinin İŞİD liderləri ilə razılıq əldə etdiyini və razılığa əsasən İŞİD üzvlərinin nəzarət etdikləri bölgələrdən döyüşmədən çıxdıqlarını bildirib.

"ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası və Demokratik Suriya Qüvvələri minlərlə suriyalının ölümünə səbəbə olmuş terrorçuları cəzalandırmaq əvəzinə İŞİD liderləri ilə razılığa gəlir. İŞİD liderləri bu razılığa əsasən nəzarət etdikləri bölgələrdən çıxaraq Suriya hökumət qüvvələrinin fəal olduqları bölgələrə gedirlər" — general bəyan edib.

"ABŞ-ın Suriyada terrorla mübarizə görüntüsü altında Suriya ordusunun irəliləyişinə mane olmağa cəhd etdiyi qənaəti hasil olur" — Surovikin əlavə edib.

137
Kosmik aparat,a rxiv şəkli

Çinin kosmik raketinin qırıntılarının düşdüyü yer açıqlanıb

26
(Yenilənib 11:28 09.05.2021)
Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çin Xalq Respublikasının "Tianhe" baza modulunu orbital stansiyaya çatdırmışdı.

BAKI, 9 may — Sputnik. Çinin nəzarətdən çıxan “Long March 5B” kosmik raketinin qırıntıları Hind okeanındakı Maldiv adaları yaxınlığına düşüb.

RİA Novosti xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında orbitdən endirilib. Bu barədə Çin Kosmik Mühəndisliyi Ofisinin açıqlamasında bildirilib.

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin "Tianhe" baza modulunu orbital stansiyaya çatdırmışdı.

26

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

396
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

396

Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatlara çağırış edib

0
Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib.

BAKI, 9 may - Sputnik. Azərbaycan Ombudsmanı Səbinə Əliyeva BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat verib.

Sputnik Azərbaycan bəyanatın mətnini təqdim edir:

"Hər il 9 may tarixi İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə günü kimi qeyd olunur. Əslində bu İkinci Dünya Müharibəsindən, nasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqəli dözümsüzlükdən əziyyət çəkən hər kəsin qələbəsidir.

Buna baxmayaraq, təəssüf ki, bu gün dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir. Ermənistanın paytaxtında Qaregin Njde ləqəbi ilə Alman faşistlərinə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Harutyunyana abidə ucaldılması da buna bir misaldır. Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası da üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njde kimi birmənalı qəbul olunmayan millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb.

BMT-nin Baş Assambleyası “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Qətnamədə Baş Assambleya nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada tərənnüm edilməsi, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin təbliği məqsədilə kütləvi nümayişlər keçirilməsi, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş həmin şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan edilməsinə cəhd olunması yolu ilə təbliği və adlarının küçələrə verilərək ucaldılmasından dərin narahatlığını ifadə edib.

Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib.

Yuxarıda qeyd olunan qətnamədən görünür ki, BMT nasizmin təbliğ edilməsi, irqçiliyin yeni formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyü artırmaqla cəmiyyətə mənfi təsir göstərə biləcək abidələrin ucaldılmasından ciddi narahatlığını bildirir. Ermənistanın paytaxtı Yerevanda Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi nümunəsində də dünya ictimaiyyəti məhz buna şahidlik edir.

Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığımızı bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş bu cür fəaliyyətlərin dayandırılması üçün zəruri addımlar atmağa çağırırıq".

0