Britaniyada daha bir fövqəladə hadisə: insanlar girov götürüldü

© AFP 2023 / Odd ANDERSENПолиция Великобритании, фото из архива
Полиция Великобритании, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Girovların hamısı yerli məşğulluq idarələrindən birinin əməkdaşlarıdır. Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb edilib.

BAKI, 9 iyun — Sputnik. Böyük Britaniyanın şimal-şərqindəki Nyukasl şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfəri girov götürüb. Sputnik Azərbaycan bu barədə The İndependent-ə istinadən məlumat verir.

Qəzet qeyd edir ki, girovların hamısı yerli məşğulluq idarələrindən birinin əməkdaşlarıdır. Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb edilib.

İşədüzəltmə bürosunun yerləşdiyi rayon tam nəzarətə götürülüb, yaxınlıqdakı metro stansiyası bağlanıb. Tələbələr hadisə yerinə yaxın ərazidə yerləşən yerli universitet yataqxanasından evakuasiya edilir.

Polis xəbər verir ki, cinayətkar yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 10:00) binaya girib. Bundan sonra baş verənlər dəqiq məlum deyil. Ofisin bəzi əməkdaşları binanı tərk edə biliblər. Girovların sayı dəqiqləşdirilir.

Xəbər lenti
0