İranın xarici işlər naziri Ankarada tarixi açıqlamalar verdi

© Sputnik / Murad OrujovТрехсторонняя встреча глав МИД Азербайджана, России и Ирана в Баку
Трехсторонняя встреча глав МИД Азербайджана, России и Ирана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir neçə gündür Yaxın Şərq, xüsusilə körfəz bölgəsində ciddi böhran yaşanmaqdadır

BAKI, 7 iyun — Sputnik. Qətər böhranını müzakirə etmək üçün gözlənilmədən Türkiyəyə səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Ankarada maraqlı açıqlamalar verib. Sputnik Türkiyə xəbər verir ki, İranın paytaxtı Tehrandakı terror aktlarını dəyərləndirən Cavad Zərif, bölgədə narahatverici proseslər getdiyini deyib.

"Bölgədə bizi ciddi narahat edən proseslər yaşanır. Düşünürəm ki, Türkiyə ilə yaxın fikir alış-verişinə ehtiyac var" — nazir qeyd edib.

Qeyd edək ki, son bir neçə gündür Yaxın Şərq, xüsusilə körfəz bölgəsində ciddi böhran yaşanmaqdadır. Öncə bir sıra aparıcı ərəb ölkələri, "Müsəlman Qardaşları" təşkilatına yardım etdiyi üçün Qətərlə bütün siyasi əlaqələri dondurub. Ardınca bu gün İranın paytaxtı Tehranda İŞİD terror təşkilatı ard-arda iki hücum gerçəkləşdirib. Hadisədə 12 nəfər ölüb, 39 insan yaralanıb.

Xəbər lenti
0