Alman ordusunun Türkiyədən çıxarılmasına qərar verildi

© REUTERS / Tobias SchwarzAlman hərbiçiləri
Alman hərbiçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Berlin hökumətinin qərarına əsasən, 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq

BAKI, 7 iyun — Sputnik. Almaniya hökuməti Türkiyənin Adana vilayətindəki İncirlik hərbi bazasından öz qüvvələrini geri çəkmək barədə qərar qəbul edib. Sputnik Türkiyə xəbər verir ki, Berlin hökumətinin qərarına əsasən, 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq.

Xatırladaq ki, rəsmi Berlinin PKK terror təşkilatına verdiyi dəstək səbəbindən, uzun müddət idi ki, Türkiyə-Almaniya münasibətləri gərgin idi. Rəsmi Ankara, PKK mənsublarına göstərdiyi xoş rəftar səbəbilə alman millət vəkillərinin İncirlikdəki alman əsgərlərini ziyarətinə icazə vermirdi.

Xəbər lenti
0