Xomeyni türbəsi

İranda terror kütləvi hal alır, canlı görüntülər yayıldı

1465
(Yenilənib 11:42 07.06.2017)
Türbəyə hücum edən şəxslərdən biri partlayıcı qurğu ilə təchiz olunmuş jilet geyinib və özünü partladıb

BAKI, 7 iyun — Sputnik. İran parlamentində baş verən atışma nəticəsində yaralananların sayının 8 nəfərə çatdığı bildirilir. Sputnik İran-ın məlumatına görə, hücumçulardan biri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni bir hücumçunun tutulduğunu bildirib. Tehranın cənubunda yerləşən Xomeyni türbəsi ətrafında da atışma davam edir.

Türbəyə hücum edən şəxslərdən biri partlayıcı qurğu ilə təchiz olunmuş jilet geyinib və özünü partladıb. Türbə yaxınlığında iki nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilir. İki nəfər həbs olunub.

Eyni zamanda türbə yaxınlığında bir partlayıcı qurğu zərərsizləşdirilib. Hər iki ərazidə atışma davam edir. Artıq İran prezidenti Həsən Ruhaninin baş verən hücumları şəxsi nəzarətə götürdüyü bildirilir.

Baş verənlərin video-görüntüləri də yayılıb.

1465
Teqlər:
yaralanan, ölən, atışma, İran parlamenti
Mövzu:
İran paytaxtında terror (6)
Əlaqədar
İranda sabitlik pozuldu: parlamentdə və Xomeyni türbəsində atışma gedir
ABŞ Rusiya və İranı hədəfə aldı
Bu təyinat İrana qarşı müharibəni qaçılmaz edir
İranda partlayış nəticəsində yaralananların sayı artır
Skamyada yatan adam, arxiv şəkli

Kiminin əvvəli, kiminin axırı - Məşhur model küçələrdə yaşayır

4
(Yenilənib 10:26 16.01.2021)
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır

BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.

​Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.

 

4
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

4
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

4
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

5
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

5
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər