BAKI, 7 iyun — Sputnik. İran parlamentinə naməlum şəxslər tərəfindən silahlı hücum olub. Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadla xəbər verir ki, hücum edən şəxslər üç nəfərdir. Onlar bir neçə nəfəri girov götürüblər.
Son məlumata görə, hücum nəticəsində, ikisi sadəcə vətəndaş olmaqla 3 nəfər yaralanıb, bir nəfər təhlükəsizlik əməkdaşı isə həlak olub. Hücumun səbəbləri və hücumçuların tələbləri hələlik bəlli deyil. Hücum edənlərin şəxsiyyəti də müəyyən edilməyib. İranın təhlükəsizlik qüvvələri girovlar barədə məlumatı dəqiqləşdirməyib.
İran KİV-ləri üç nəfər silahlı şəxsin parlamentdə mühafizəçiləri yaralayaraq bir neçə nəfəri girov götürdüyünü, parlamentdə atəş səslərinin davam etdiyini xəbər verir. Həmçinin bildirilir ki, atışma Tehranın cənubunda, Xomeyninin türbəsi olan ərazidə də baş verib, yaralananlar var. Hücum edənlər Kalaşnokov avtomatından (AK-47) istifadə ediblər.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.