Türkiyədə daha bir səs-küylü həbs

© AFP 2023 / ADEM ALTAAnkara polisi, arxiv şəkli
Ankara polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ankaradakı evində tutulan Əkrəm Yeter prokurorluq orqanlarına təhvil verilib

BAKI, 5 iyun — Sputnik. Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arıncın kürəkəni Əkrəm Yeter tutulub. Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Yeter FETÖ üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılıb.

Ankaradakı evində tutulan Ə. Yeter prokurorluq orqanlarına təhvil verilib. Məsələ ilə bağlı Bülənt Arınc "Bir yanlışlıq var. Əlaqəsi olmadığına inanırıq" sözlərini deyib.

Bir müddət öncə Əkrəm Yetər FETÖ ilə əlaqədar Yıldırım Beyazit Universitetində müəllimlikdən çıxarılıb.

Xəbər lenti
0