İsti hava. Arxiv şəkli

ABŞ-ın qərarı planetin iqliminə belə təsir edəcək

30
(Yenilənib 18:08 03.06.2017)
Dünya Meteorologiya Təşkilatı ABŞ-ın İqlim Anlaşmasından çıxma qərarı ilə bağlı xəbərdarlıq edib

BAKI, 3 iyun — Sputnik. Dünya Meteorologiya Təşkilatı (DMT) ABŞ prezidenti Donald Trampın Paris İqlim Anlaşmasından çıxmaq qərarının 21-ci əsrin sonu etibarilə qlobal istilikləri "ən pis ssenariyə görə" 0,3 dərəcə artıra biləcəyi xəbərdarlığını edib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, DMT-nin nümayəndəsi Deon Terblanche hər şərtdə iqlimin istiləşməyə davam edəcəyini deyib.

O, Trampın iqlim dəyişikliyini önləmək üçün keçən il qüvvəyə minən Paris İqlim Anlaşmasından ABŞ-ı geri çəkmə qərarının "ən pis ssenariyə görə" qlobal istilikləri 0,3 dərəcə artıra biləcəyini qeyd edib.

ABŞ, Çin və Türkiyə daxil olmaqla 190-dan çox ölkənin imza atdığı iqlim dəyişikliyi ilə mübarizəni qarşısına hədəf qoyan razılaşma 4 noyabr 2016-cı ildə qüvvəyə minmişdi.

30