Nazirdən dəhşətli zəlzələ xəbərdarlığı

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeddi baldan artıq zəlzələ olacağı təqdirdə, 600 minə yaxın ev dağılacaq

BAKI, 1 iyun — Sputnik. Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki, hökumətə mümkün zəlzələlərlə bağlı hesabat verib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, nazir hesabatında, İstanbulda 7 baldan artıq zəlzələ olacağı təqdirdə, 600 minə yaxın evin dağılacağını deyib.

© Photo : DHATürkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki
Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki - Sputnik Azərbaycan
Türkiyənin ekologiya və şəhərsalma üzrə naziri Mehmet Özhaseki

Mehmet Özhaseki qabaqlayıcı tədbirlər üçün işlər görüldüyünü, 15 il ərzində tək İstanbulda yox, ümumilikdə Türkiyədə zəlzələyə davamsız bina qalmayacağını bildirib: "Təkcə İstanbulda 150-200 min qəzalı bina var. Bunların restavrasiyası və ya yeniləri ilə əvəz olunması üçün işlər görülür".

Ekologiya naziri sonda əlavə edib ki, 2030-cu ilə qədər İstanbul və ətraf bölgələr üçün güclü yeraltı təkan gözlənilir: "Bu barədə elm adamları açıqlama veriblər. Biz də bu böyük fəlakətdən ən az zərərlə çıxmaq üçün var gücümüzlə çalışırıq".

Xəbər lenti
0