Barak Obama, ailəsi ilə birgə Vaşinqtonda kirayə qaldıqları ev

Obamanın canı kirayələrdən qurtardı

297
(Yenilənib 11:51 01.06.2017)
Obama ailəsi Vaşinqtonda kirayə qaldıqları evi 8,1 milyon dollara alıb

BAKI, 1 iyun — Sputnik. Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obama, ailəsi ilə birgə Vaşinqtonda kirayə qaldıqları evi 8,1 milyon dollara alıb. Sputnik Azərbaycan bu barədə "Washington Post"-a istinadən xəbər verir.

CNN telekanalına danışan Obama ailəsinin meneceri Kevin Luis, "Obama ailəsinin, ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha məsləhətlidir" — deyib.

Qeyd edək ki, evdə 9 yataq otağı və 8 vanna otağı var.

297
Teqlər:
kirayə, ailə, Vaşinqton, Barak Obama, Birləşmiş Ştatlar, ev, prezident
Əlaqədar
Ərdoğanın Obamadan ala bilmədiyini Tramp verəcək
Obama və ailəsi uzaq adaya yerləşib
Obamanın prezidentlikdən sonrakı ilk addımı
Obamanın son anda İsraili "vurmasının" arxasında nə dayanır?
Obama son dəfə İsrailə xəbərdarlıq etdi
Obama göz yaşları içərisində amerikalılara səsləndi
Ekspert: Obama 8 il ərzində Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi
BMT-nin bayrağı, arxiv şəkli

Dünya ailəsinə qəbul olunduğumuz gün

5
2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib.

BAKI, 2 mart - Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.

2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmiz bu müddətdə Şuraya iki dəfə sədrlik edib.

Hazırda BMT-nin 193 üzvü var. Təhlükəsizlik Şurası isə 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir.

5
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

9
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

9
Sənəd, arxiv şəkli

Notariat rüsumları azaldıldı - qabağa düşmüşük?

0
(Yenilənib 08:54 02.03.2021)
Yeni dəyişikliklər daha ədalətli yanaşma ortaya qoyur: "Çünki, şəxs ona verilməyən sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq ödəməkdən azad olur".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Prezident İlham Əliyev "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib. Bu qanunlar 2021-ci il martın 1-dən qüvvəyə minib.

Hüquqşünas Azər Nağıyev Sputnik Azərbaycan-a bu dəyişiklikləri şərh edib.

Onun sözlərinə əsasən, dəyişikliklər Azərbaycanda notariat hərəkətlərin aparılması zamanı dövlət rüsumunun və haqqının tutulmasının bəzi xüsusiyyətlərini müəyyənləşdirir: "Dəyişikliyə görə, notarius tərəfindən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq. Sadə dildə desək, bəzən hansısa notariat əməliyyatı zamanı bir sıra sənədlər (şəxsiyyət vəsiqəsi, etibarnamə, çıxarış, qəbz və s.) təqdim edilir və ya toplanır ki, notarius onların surətlərini notariat işinə əlavə edir. Bu zaman həmin sənədlərin surətləri də notarius tərəfindən notariat qaydasında təsdiq edilib işə əlavə edilir. Bu cür sənədlərin, yəni həmin şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, habelə notariat işinə əlavə edilmək məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmayacaq".

Hüquqşünas bildirib ki, yeni dəyişikliklər daha ədalətli yanaşma ortaya qoyur: "Çünki, şəxs ona verilməyən sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq ödəməkdən azad olur".

O qeyd edib ki, başqa bir dəyişikliyə görə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq: "Ölkəmizdə artıq bir sıra fəaliyyət sahələri vardır ki, elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə həyata keçirilməkdədir. Buna misal olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarışların elektron şəkildə verilməsini, vergi və rüsumların Elektron Hökumət Portalı vasitəsi ilə ödənilməsini və s. göstərmək olar. Sözsüz ki, zaman-zaman bu cür xidmətlər nəticəsində əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsi zərurəti də yaranır. Yeni dəyişikliklərə əsasən, qanunverici orqan bu halda şəxsləri elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmasından azad edir".

"Məsələn, bir vətəndaşın iki mənzili var. Bir mənzilin çıxarışı illər əvvəl alınmış rəsmi blankda olan çıxarışdır. Digər mənzilə dair isə yeni alınmış elektron çıxarışdır. İndi vətəndaş həmin çıxarışların surətlərinin notariat qaydasında təsdiq edilməsini istəyirsə, bu zaman elektron çıxarışın kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmasından azad olunacaq. Amma illər əvvəl alınmış rəsmi blankda olan çıxarışın surətinin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq ödəməli olacaq" - deyə Nağıyev qeyd edib.

Hüquqşünas vurğulayıb ki, yeni dəyişikliklər müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı, əhaliyə xidmətdə rahatlıq və çevikliyi təmin edən, vətəndaş-məmur ünsiyyətini minimuma endirən elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərlə bağlı işi stimullaşdırır.

Onun sözlərinə görə, bundan başqa, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün dövlət rüsumunun məbləği azaldılıb və maddənin məzmunu daha dəqiq ifadə edilib: "Belə ki, hazırda qüvvədə olan "2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə" sözləri, yeni layihəyə əsasən "1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə" sözləri ilə əvəz edilib".

0